Page 75 - Tarey Vesos_Макет 1
P. 75

Buz qəsr
             Yenәmi yuxuya getdin? Olmaz. Görәn, özümdә olmayanda
          nә demişәm? Nәsә demişәmmi?
             – Siss, çalış yadına sal, Unnla nә barәdә danışmısız, o, sәnә
          nә deyib?
             Siss nәsә dәhşәtli bir şeyin onun üstünә gәldiyi hissiyyatıyla
          yorğandan yapışdı. Ana davam etdi:
             – Atan da elә bunu bilmәk istәyirdi. Hәm dә tәk atan yox,
          Unnu axtaranların hamısı. Onlara nә kömәk elәyә bilәrsәn?
             – Dedim axı, heç nә bilmirәm.
             – Buna әminsәn? Sayıqlayanda elә qәribә şeylәr deyirdin ki,
          biri o biriylә qәti uyuşmurdu.
             Siss tәşvişlә anasına baxdı.
             – Demәk lazımdı, Siss. Sәni qorxutmaq istәmirәm, amma
          bu, çox vacibdi. Axı bütün bunlar hamısı Unna görәdi.
             Siss hәmin o dәhşәtli nәsnәnin başı üstündәn asılıb onu necә
          qamarlamaq istәdiyini hiss etdi.
             – Әgәr demәyә sözüm yoxdu deyirәmsә, demәli, doğrudan
          da, yoxdu!
             – Siss...
             Qәflәtәn gözlәri qaraldı vә sinәsindәn dәhşәtli bağırtı qopdu.
             Ana yatağa tәrәf atıldı. Siss qışqırdı:
             – O, mәnә bunu demәyib!
             Vә Siss büsbütün zülmәtә qәrq oldu.
             Tәşviş keçirәn ana Sissi silkәlәdi. O, özünü döyә-döyә
          inildәyirdi.
             – Siss, biz daha sәndәn heç nә soruşmayacağıq! Eşidirsәn?
          Siss, mәn bilmirdim ki, sәn...














                                     75
   70   71   72   73   74   75   76   77   78   79   80