Page 76 - Tarey Vesos_Макет 1
P. 76

Tarey Vesos
                                        5


                                    Qar içindә



                Unn axı haradadı?
                Vә sanki cavab kimi:
                Qar.
                Duman, mәchulluq.
                Qısa gün bütünlüklә dumanda keçir. Hava isinib, qar isә elә
            hey yağır. Axşam düşür, suallar da qar kimi ara vermir.
                Unna nә olub?
                Qar – qәti yerinә düşmәyәn cavab.
                Әsl qış gәldi. Vә Unn qeyb oldu. Bütün axtarışlara rәğmәn,
            ondan iz-soraq yoxdu. Onu kor-koranә axtarırlar, sanki çovğunda
            boş-boşuna veyillәnirlәr. İnsanlar hәlә dә tәslim olmayıblar, axta -
            rışın yeni üsullarını fikirlәşirlәr. Meşәdә qarın içiylә veyillәnmәyin
            bir mәnası yoxdu, odur ki, başqa üsullardan istifadә edirlәr.
                Әvvәllәr hamıya namәlum Unnu bir andaca tanıdılar. Qәzetlәr
            onun ötәn yaz çәkdirdiyi şәkli vermişdilәr: Unn sual dolu
            nәzәrlәrlә oxuculara baxırdı.
                İri göl sakit qar düzәnliyinә çevrilmişdi, buz daha çat vermirdi,
            göl yoxa çıxmışdı.  Yüngülcә dairәvilәşmiş sahillәrin arasıyla
            tәlәsmәdәn axan dar su şırımları hәlә dә qalırdı, amma daha o
            tәrәflәrә gedәn yox idi. Haradasa aşağılarda – artan qar topaları
            altında get-gedә cizgilәrini itirәn gözdәn-qulaqdan uzaq buz qәsr
            hәlә dә yerindә dayanmışdı. Qarda dәrin xizәk izlәri qoyub ona
            yaxın gedәn yox idi.
                Amma onun buz divarları arasında keçirdiklәri hәmin yeganә
            gecә insanların yaddaşından silinmirdi. Camaat әmin idi ki, Unn
            buzun üstündә sürüşәrkәn çaya düşüb vә axın onu aparıb.
                İnsanlar hәlә dә şәlalәnin aşağısında olan çayın dibindәki
            tünd-qırmızı çalalarda eşәlәnirdilәr. Gecәdәn sәhәrә sağ çıxmış
            solğun çalalar qarlı göy üzünә baxırdılar. Unnun xalasının evinә
            yeni yollar açıldı. Hamı burada toplaşırdı, bütün yollar bura – bu

                                       76
   71   72   73   74   75   76   77   78   79   80   81