Page 77 - Tarey Vesos_Макет 1
P. 77

Buz qəsr
          tәnha qadının, Unnun yeganә dayağının yanına aparırdı. Heç
          hara aparmayan yollar bu duru, sulu gözlü insanın yanında
          birlәşirdi.
             O qadın:
             –  Aydındı, – deyirdi, – sizә minnәtdaram, – deyirdi. –
          Әlimizdәn nә gәlir axı?
             Unnun hәyatdakı dayağı.
             Ötәnilki foto. Baxışlarda sual var. On bir yaşlı Unn. Şәkil
          xalanın stolu üstündәdi.  Yorğun insanlar ona gün boyu nә
          etdiklәrindәn danışırlar. Sәhәri gün hava işıqlaşan kimi o birilәr
          gәlir. Qar bütün gecәni yağdı. Qış çox qarlı keçәcәyini vәd edir.
             İndi xala o birilәrin hesabatını dinlәyir. Unnun axtarışları
          müxtәlif istiqamәtlәr, geniş әhatәlәr üzrә aparılır. Heç bir iz yox-
          du.
             – Aydındı. Hә, әlbәttә. Mәn sizә minnәtdaram.
             Bәzәn ondan nәsә soruşmağa da gәlirlәr. Axtarışa kömәk edә
          bilәcәk hәr şey onları maraqlandırır. Amma demәyә sözü yoxdu.
          Qarşılarında yaşlı, xeyirxah bir qadın әylәşib.  Yәqin, Unnun
          anasından xeyli böyük olar. Onlar artıq hamının gördüyü şәklә
          baxırlar.
             – Ötәn yay çәkilib, elәmi?
             Xala başını tәrpәdir. O yorulub.
             Bu “ötәn yay” sözü lap әvvәldәn bu fotoya nәsә bir parıltı
          verib. Sәbәbi mәlum deyil. Ötәn yay. İnsanlar şәklә baxır vә
          yaddaşlarına hәkk edirlәr.
             Onlar sınayıcı nәzәrlәrlә bütün bunlara dözmәli olan xalaya
          baxırlar. O, heç dә güclü insan tәsiri bağışlamır. Amma onlar
          dәrk edirlәr ki, qarşılarındakı bu qadın çox güclü, çox tәmkinlidi.
             Mütlәq cavab vermәli olduğu zәruri sual:
             – Unn necә qız idi?
             – Mәn onu çox istәyirdim.
             Vәssalam.
             Bu cavab dәfәlәrlә sәslәnsә dә, bu sözü eşidәn hәr kәs
          düşünür ki, bundan yaxşısını demәk olmazdı. Onlar istәr-istәmәz
          yenidәn şәklә baxmalı olurlar.
             – Burada elә baxır ki, elә bil nәsә soruşmaq istәyir.
                                     77
   72   73   74   75   76   77   78   79   80   81   82