Page 82 - Tarey Vesos_Макет 1
P. 82
Tarey Vesos
– Tәkcә şәn deyildi, – dedi.
– Anası ölәn günә qәdәr mәn Unnu qәti tanımırdım. Әlbәttә,
onu görmüşdüm, amma tanımırdım. Sәn isә, Siss, onu daha az
tanıyırsan. Anasını belә erkәn itirәn qız hәmişә şәn ola bilәrmi?!
– Mәsәlә tәk bunda deyil.
Dedi vә diksindi. Bu tәhlükәli mövzuya toxunmaq olmaz.
Amma söz ağızdan çıxıbsa, artıq gecdi.
Xala elә bil sözgәlişi:
– Başqa nә var ki? – soruşdu.
Siss dәrhal geri çәkildi.
– Yox, mәn heç nә bilmirәm, o, mәnә bu haqda heç nә
demәyib.
Budur, yenidәn heç cür çıxa bilmәdiyi o zәhrimar tordadı.
Xala indi Unnun sirrinә yaxındı. Siss hәyәcanlandı, canını üşütmә
aldı. Unnun dediklәri ancaq ona, Sissә mәxsusdu, bu xeyirxah
xalaya dәxli yoxdu.
Xala onun başı üstündә dayanıb dedi:
– Siss, onlar mәni Unnla bağlı sorğu-suallarıyla boğaza
yığmışdılar. Bilirәm ki, sәni dә rahat qoymayıblar. Amma neylәmәk
olar, bu, onlar üçün vacib idi.
Xala susdu. Siss hәyәcanlıydı. Әlbәttә, xalanın yanında bu
haqda söhbәt olacağını әvvәldәn bilirdi, amma hәr halda... Gәrәk
özünü әlә alsın.
– Bağışla ki, mәn dә sәni suala tuturam. Neynim, xalasıyam
axı, özgәsi deyilәm. Görürsәnmi, mәn dә Unn haqqında elә
hamının bildiyi, gördüyü qәdәr bilirәm. O, mәnә heç vaxt heç nә
danışmazdı. Bәs sәnә necә, hәmin axşam nәsә bir söz dedimi?
– Yox!
Xala ona baxdı vә sanki Sissin tox nәzәrlәri suala cavab idi.
Xala daha inad elәmәdi.
– Hә, aydın mәsәlәdi ki, sәn dә bir şey bilmirsәn. Ağlım
kәsmir ki, Unn elә ilk görüşünüzdә sirlәrini sәnә açsın.
Siss:
82