Page 85 - Tarey Vesos_Макет 1
P. 85

Buz qəsr
          Sissә uyğun hәrәkәt deyildi. Siss ağlayır?! Nәhayәt, oğlanlardan
          biri yaxınlaşıb uzunboğazının burnuyla astaca ona toxundu. O
          birilәri ora-bura, ya da göyә baxırdılar. Bu gün nәsә qaşqabaqlı
          görünürdü; sıx buludlar onun üstünü alıb sanki aşağını hәdәlәyirdi.
             Oğlan nәvazişlә:
             – Siss, – deyib uzunboğazıyla yüngülcә onu tәrpәtdi.
             Siss başını qaldırıb baxdı.
             Bu odur?
             Әvvәllәr hәmişә bir kәnarda dayanıb-durur, diqqәt cәlb et-
          mirdi.
             Siss ayağa qalxdı. Heç kim heç nә demәdi, cәld hәrәkәtlәrlә
          qarı onun belindәn çırpdılar. Xoşbәxtlikdәn, elә bu vaxt müәllim
          gәlib çıxdı vә adi dәrs günü başladı.
             Hamı yerinә oturandan sonra müәllim dostyana Sissә göz
          elәdi. Daha tәhlükә sovuşmuşdu, ona sual verәn olmayacaqdı.
             – Siss, sağalmısan?
             – Bәli.
             – Lap yaxşı.
             Cәmi bir neçә söz vә dәrhal yüngüllәşdi. Uzunboğazlarının
          burnuyla ona nәvazişlә toxunan oğlanı düşündü. Oğlan qabaqda
          әylәşmişdi, Siss onun kürәyini görürdü. Özündә ona qarşı
          minnәtdarlıq hiss elәdi. Sәhәr rahat başlamışdı, düşündüyündәn
          xeyli rahat. Qәti belә gözlәmirdi. Hәr şey necә dә xoş, necә dә
          tәsirliydi!
             Tez baxıb gördü ki, Unnun yerindә әylәşәn yoxdu. Partaların
          düzümü imkan yaratsa da, keçib orada oturan yox idi.
             Daha Sissi narahat edәn olmadı. Divarın yanında tәk-tәnha
          dayanıb-durmuşdu vә hәlә ki hamı onun bu halıyla barışmışdı.
          Yәqin, sәhәr baş verәnlәrә görә xәcalәt çәkirdilәr. Unn barәdә,
          axtarışlar barәdә dә dinib-danışan yox idi, görünür, bu mövzunu
          doyunca araşdırıb bezmişdilәr vә yalnız Sissin gәlişi bu söhbәtә
          yeni bir tәkan olmuşdu. Hәm dә ki, Unn heç kimә qaynayıb-
          qarışan deyildi, ona, olsa-olsa, hörmәtlәri var idi, vәssalam, bu
          qız heç vaxt onların adamı olmamışdı.
             Qәflәtәn Siss ayıldı ki, divarın yanında eynilә Unn kimi
          dayanıb-durub.  Yan-yörәsindә isә, hәmişәki kimi, şagirdlәr
                                     85
   80   81   82   83   84   85   86   87   88   89   90