Page 88 - Tarey Vesos_Макет 1
P. 88

Tarey Vesos
                Unn qayıdacaq – bunun üçün bütün dünyanın istilәşmәsi
            lazım gәlәrsә belә. Mәn bunu bilirәm vә başqa heç nә barәdә
            düşünmәyәcәyәm. Mәnә ilahi vergi verilib.




                                        10


                                       Quş

                Vәhşi bir quş polad caynaqlarıyla, tünd rәngli ildırım kimi,
            iki yüksәkliyin arasından uçub-keçdi. Yerә oturmadan elә hey
            qalxdı vә yoluna davam etdi – dincәlmәdәn, mәqsәdsiz, özünü
            bütünlüklә havanın ixtiyarına verәrәk.
                Aşağıya qışın qar sәhrası sәrilmişdi. Quşun iti gözlәri yeri
            hissәlәrә bölürdü vә oradan sanki şaxtalı havanı dәlib-keçәn
            gözәgörünmәz şüşә vә ildırım qırıntıları qalxırdı.
                Burada, yüksәklikdә bu quş külli-ixtiyar sahibiydi, yәqin,
            ona görә dә bu yerlәrdә başqası yox idi. Buz kimi soyuq polad
            caynaqlar sәs sala-sala havanı dәlib-deşirdi.
                Quş sәhralıq dağәtәyini gözüylә nazik çığırlara vә yollara
            bölürdü. Bu quş ölüm idi. Әgәr kolluqlarda, ya ağacların altında
            bir canlı görünürdüsә, gözlәri ildırım kimi çaxır vә o, çәpәki
            uçuşla yerә istiqamәtlәnirdi. Vә bu zaman daha bir hәyat azalırdı.
            Özü kimisini görmәmişdi.
                Qarlı vadilәr üzәrindә uçuş onun gündәlik hәyat tәrziydi.
            Bütün ömrü havada keçmişdi vә yorğunluq nә olduğunu bilmәmişdi.
                O, әbәdi idi.
                Dağın әtәklәri üzәrindәn amansız çovğun keçdi. Açıq yerlәrdә
            olan qar şahә qalxdı, bir yerdә dayanıb-durmadı. Hәlә әsl istilәr
            düşmәmişdi. Nәhәng qar tәpәlәri yerlә bir olmuşdu.  Ardınca
            aydın, günәşli, şaxtalı hava gәldi. Quşun bıçaq tiyәsi kimi iti
            gözlәri yerdәki bu dәyişikliklәri müşahidә edirdi.
                Quş buz qәsrin üzәrindә idi. Bu gün üstündәki qar tәmizlәnmişdi
            vә qәsr әsl görkәmindә idi. Quş bu dәyişikliyi görüb ildırım kimi

                                       88
   83   84   85   86   87   88   89   90   91   92   93