Page 90 - Tarey Vesos_Макет 1
P. 90
Tarey Vesos
Unnun boş partası dәrhal hamının diqqәt mәrkәzinә çevrildi. Hәr
şeydәn xәbәrsiz olan tәzә şagird sinif otağını nәzәrdәn keçirdi.
Hamı öz partasına tәrәf getdi.
Qız sinif otağının ortasındakı boş partanı görüb ona tәrәf bir
neçә addım atdı. Sonra dayanıb kimәsә müraciәt etmәdәn soruşdu:
– Bu yer boşdu?
Hamı Sissә – son vaxtlar tamamilә dәyişsә dә, yenidәn
әvvәlkitәk görmәk istәdiklәri Sissә baxdı. İndi ona nә qәdәr
lazım olduqlarını özü dә görәcәk. Siss onların hisslәrindәn canına
dolan dalğanı hiss etdi vә bu, qarşılıqlı idi. Yanaqları allandı.
Gözlәnilmәyәn ani sevinc.
– Yox, – cavab verdi.
Qız tәәccüblәndi.
Siss:
– Bu yer hәmişәlik tutulub, – dedi vә sinifdәkilәrin hamısı
bir ümumi hissin işığında öz partaları arxasında bellәrini dikәltdilәr.
Bu vaxtacan belә bir hissin hәtta mövcudluğundan da xәbәrsiz
idilәr. Hamı qәfil gәlәn bir istәklә Unnun yerini qorumağa
qalxmışdı. Onlar yeni gәlәn bu günahsız qıza elә ikrahla baxırdılar
ki, elә bil nәsә bir günah işlәtmişdi.
Sinifdә başqa boş yer yox idi vә qız müәllimi gözlәmәli
oldu. Hamı hәyәcanla nәlәr olacağını gözlәyirdi.
Müәllim şagirdlәrlә salamlaşıb:
– Burada yer var da, – dedi, amma bu sözlәri dilinә gәtirmәzdәn
әvvәl şagirdlәri nәzәrdәn keçirmişdi: – Bu partada әylәş. İndi
daha boşdu.
Qız Sissә baxdı.
Siss yerindәn qalxdı, dili dolaşa-dolaşa:
– Boş deyil, – dedi.
Müәllim onun gözlәrinin içinә baxıb dillәndi:
– Siss, niyә axı bu parta boş qalsın? Mәncә, belә daha yaxşı
olar.
– Yox!
Müәllim karıxdı. Şagirdlәri nәzәrdәn keçirdi vә üzlәrinin
ifadәlәrindәn anladı ki, Sissin tәrәfindәdirlәr.
90