Page 89 - Tarey Vesos_Макет 1
P. 89

Buz qəsr
          havanı yararaq aşağı can atdı. Yerә çatanda cәld özünü toparlayıb
          dövrә vurdu, sürәtini azaldıb buz divarın yanından uçaraq geri
          qayıtdı. Sonra başgicәllәndirici yüksәkliyә qalxıb göyün üzündә
          xırda qara nöqtәyә çevrildi.
             Amma tezliklә yenә aşağı can atdı, hәminki qeyri-adi dәqiqliklә
          buz qәsrin qarşısındakı havada cizgilәr qoydu. Bu, bir azad quş
          idi, istәdiyini etmәk üçün qarşısında heç bir maneә yox idi. O,
          heç nәdәn qorxmur, hәrdәn ürәyi istәyәndә әndazәni dә aşırdı.
             Quş bu yerlәri tәrk edә bilmirdi. Nә adama hücum edir, nә dә
          dincәlirdi – yalnız tutqun yel kimi buz divarın yanından uçub-
          getmәklә kifayәtlәnirdi. Az sonra artıq uzağa – üfüqә tәrәf uçur,
          ya da yüksәkliyә dartınırdı. Amma tezliklә yenidәn buz divarın
          yanında uçurdu. Bu zaman o artıq havanı dәlib-keçәn polad
          caynaqlı azad quş deyil, bu yerlәrdә yaşamağa mәhkum bir
          canlıydı.
             O, burada öz azadlığının әsiri idi. Dayana bilmirdi. Gördüklәri
          onu özündәn çıxarırdı.
             Nә vaxtsa özünün kәsib böldüyü şüşә kimi möhkәm vә
          görünmәz hava şırımlarında özü dә ölümcül yaralanacaqdı. Bu
          uçuşlar havanı yarırdı. Vә nә vaxtsa onun özünü dә yaracaqdı.



                                     11

                                  Boş yer

             Mәktәbdә dәrslәr vә qış öz axarıyla gedirdi. Tәnәffüslәrdә
          Siss divarın yanında dayanıb-dururdu. Artıq hamı buna öyrәşmişdi.
          Bir-birindәn fәrqlәnmәyәn hәftәlәr bir-birini әvәz edirdi. Unnun
          axtarışlarına son verilmişdi.
             Siss öz vәdinә sadiq tәrzdә divarın yanında dayanırdı vә
          sinfә başçılığı başqa bir qız öz әlinә almışdı.
             Bir qış sәhәri sinfә tәzә şagird gәldi. Bu qız onlarla eyni
          yaşdaydı. Valideynlәri ilә yaxınlarda bura köçmüşdülәr.
             Gәrgin bir gözlәnti var idi. Siss hiss etdi ki, hәm dә buna
          sevinir – şagirdlәr çox da keçmişdә qalmayan hadisәni unutmayıblar.
                                     89
   84   85   86   87   88   89   90   91   92   93   94