Page 84 - Tarey Vesos_Макет 1
P. 84
Tarey Vesos
Hamı hәvәslә onu özlәrinә başçı seçmişdi. Vә indi Siss onu
yenidәn görmәlәrinә necә şad olduqlarını gözlәrindәn oxuyurdu.
Bu, çox xoş idi, amma Siss bir saniyә belә öz vәdini unutmurdu.
İndi sınaq anı idi, dözә bilәcәkdimi?
Uşaqlardan bir neçәsi qürurla:
– Axtarışlarda biz dә iştirak etdik, – deyәrәk ona mәlumat
verdi.
– Bilirәm.
Unnun itmәyi son günlәrin havasına bir tәşviş vә intizar
qatmış, hәr şeyin üzәrinә qara bir kölgә salmışdı. Amma indi –
artıq heç kimin axtarışlarda iştirak etmәdiyi, Sissin yenidәn
onların sıralarına qayıtdığı mәqamda ürәklәrindә nәsә bir yüngüllük
hiss etdilәr. Üzlәri gülürdü. Onu dövrәyә alan uşaqların arasında
Sissin әvvәllәr özünә qarşı laqeyd bildiklәri dә var idi; indi onlar
da, bir qәdәr sıxıla-sıxıla da olsa, gülümsәyirdilәr. Onlara baxdıqca
ümumi oyun vә әylәncәlәri yaddaşında cәrgәlәndi. Rәfiqәlәrindәn
vә yoldaşlarından kәnar duracağına and içdiyinә görә indi nәsә
qәhәrlәnәn kimi oldu.
Әtrafını yenә dost, doğma simalar bürüsә dә, әsәblәri tamam
gәrilmişdi.
Kimsә dözә bilmәyib hamının dilindә dolaşan sualı verdi:
– Bu hadisә nәdәn oldu?
Sissin sanki әtini kәsdilәr. Amma sualı verәn nәfәsini dәrmәdәn
sözünün dalını gәtirdi:
– Deyirlәr ki, Unn sәnә nәsә deyib, amma istәmirsәn ki...
Kimsә qәtiyyәtlә qışqırdı:
– Bәsdi!
Amma artıq gec idi, sual verilmişdi. Sissin, onsuz da, tarıma
çәkilmiş әsәblәri dözmәdi. Özündәn xәbәrsiz irәli atıldı – o,
hәmişә әla tullanırdı, mәktәbdә hamının ağzı açıla qalırdı – sanki
başqasının sәsiylә çığırdı:
– Bezdirmәyin mәni!
Qara yıxılıb hönkürdü.
Mәktәb yoldaşları tamam çaşqınlıq içindә dayanıb-durmuşdular.
Belә olacağını heç kim gözlәmirdi. Bu, qәti onların tanıdığı
84