Page 80 - Tarey Vesos_Макет 1
P. 80
Tarey Vesos
– Sәnә ehtiyac yoxdu, – dedi.
– Niyә?
– Mәn tәk gedәcәm.
Ata da söhbәtә qarışdı:
– Qulaq as, Siss, qoy anan da sәninlә gәlsin, belә daha yaxşı
olar. Mәgәr unutmusan, sәni oradan-buradan sorğu-suala çәkәndә
nә hala düşmüşdün?
Ana dedi:
– O, mütlәq sәndәn Unn barәdә soruşacaq.
– Yox.
– Soruşacaq. Unn barәdә eşitdiyin, bildiyin nә varsa, hamısını
soruşacaq. Amma mәn yanında olsam, sual da az olar.
Siss qorxmuş halda:
– Mәn tәk gedәcәm, – dedi.
– Neynәk, qoy olsun, – valideynlәri geri çәkildi. – Özün
bilәn yaxşıdı.
Siss düşündü ki, gәrәk anasının onunla getmәsinә razılıq
verәydi, nәsә valideynlәrini incitmiş kimi oldu. Amma axı niyә
anlamırlar ki, o, Unnun xalasıyla tәklikdә danışmalıdı.
Tәk-tәnha dayanan evә tez gәlib çıxdı. Әtrafındakı ağacları
qar örtmüşdü. Ev kimsәsiz görünürdü, amma kandara aparan
cığır qardan tәmizlәnmişdi. Unnun xalası tәk bu işi belә yaxşı
görә bilmәzdi, yәqin, kimsә onun qayğısına qalmışdı. Bәlkә, o,
indi dә tәk deyildi. Siss özünü toparlayıb evә girdi.
Xala tәk idi.
Siss elә qapını tәzәcә açmışdı ki:
– Hә, sәnsәn? – dedi. – Yaxşı ki gәldin. Tam sağalmısanmı?
Eşitdim, çayın yanındakı o axtarışlardan sonra yatağa düşmüsәn.
– İndi yaxşıyam. Sabah mәktәbә gedәcәm.
Bütün qorxular dәrhal uçub-getdi. Әksinә, canında bir rahatlıq,
inam hissi yarandı.
Xala davam etdi:
– Bilirәm, xәstәlәndiyinә görә gәlmirdin, qorxduğuna, ya
sәnә xoş olmadığına görә yox. Amma sәni gözlәyirdim.
Siss susdu.
80