Page 96 - Tarey Vesos_Макет 1
P. 96
Tarey Vesos
Siss:
– Bilirsiniz nәdi, mәn o tәrәflәrә gedәn deyilәm, – dedi. –
Mәnә elә bura lazım idi.
Kimsә soruşdu:
– Niyә axı?
Onu yoldan çıxaran üç qızdan hәmin o biri dәrhal mәsәlәyә
qarışdı.
– Qoy qәrarı Siss özü versin. Öz işidi, istәmir, gәlmәsin.
– Mәn geri qayıdıram, – Siss çox dәrinә getmәdәn adi tonla
davam etdi.
– Onda biz dә qayıdarıq, – açıq ürәklә cavab verdilәr.
– Yox, lazım deyil. Nә olar, xahiş elәyirәm. Mәn, razılaşdığımız
kimi, sizinlә gedә bilmәrәm. İstәyirәm, bir az burada tәk qalam.
Uşaqların baxışları dondu. O gözlәrdәn “biz dә sәninlә qala
bilmәrikmi?” sualı boylanırdı. Onun bir qәdәr tәntәnәli sәslәnәn
bu xahişi Sissin bu qış burada nәlәr yaşadığını yadlarına saldı.
Ümidsiz halda susdular.
Siss artıq günün korlandığını onların sifәtlәrindәn oxudu,
amma әlindәn nә gәlir ki? Artıq çox gec idi – Sissin vәdi
aralarında divar kimi dayanmışdı.
– Demәk, bu gün daha bizimlә olmayacaqsan?
– Hә, özüm belә istәmәsәm dә. Siz mәsәlәnin nә yerdә
olduğunu bilmirsiz... Mәn vәd vermişәm!
Siss bu sözlәri elә dedi ki, uşaqlar diksindi.
Onun sözlәrindәn tәxminәn belә anladılar ki, bu vәd Unna –
sağ olub-olmadığını heç kimin bilmәdiyi o qıza ünvanlanıb.
Bunun arxasında nәsә bir tәntәnә vә hәyәcan gizlәnirdi. Hamı
susdu.
– Özünüz dә yaxşı bilirsiz ki, evә yolu özüm tapa bilәcәm.
İzlәrimiz qalıb axı.
Sissin bu cür tәbii danışığı onların da dilini açdı. Qәrara
aldılar ki, narahat olduqları mәsәlәni açıb desinlәr.
– Әlbәttә, amma iş bunda deyil.
Qızlardan hәmin o biri daha da ürәklәnib:
– Sәn bütün qışı divarın yanında keçirmisәn, – dedi, – elә
bilirdik, daha hәr şey әvvәlki kimi olacaq.
96