Page 101 - Tarey Vesos_Макет 1
P. 101
Buz qəsr
– Nә tez qayıtdın? Nәdi, özünü pis hiss elәdin?
– Yox, hәr şey qaydasındadı.
– Biz axı bilirik ki, o birilәr gec qayıdacaq. Zәng edib
soruşmuşuq.
– Mәn şәlalәdәn geri qayıtdım.
– Niyә?
– Nә bilim, – valideynlәrinin narahatlıq dolu sorğu-sualını
belә cavablandırdı. – Hiss etdim ki, axıracan getmәyә gücüm
çatmayacaq. Yalnız çaya qәdәr gedә bildim.
– Sәninmi gücün çatmayacaq?
– İndi hәr şey qaydasındadı. Amma arada mәnә yaman ağır
oldu.
Bu, onlara şübhәli gәldi. Siss belә asan tәslim olsun, özü dә
hamıdan әvvәl?
Atası:
– Qәm elәmә, – dedi.
Anası:
– Bizsә sәnә görә sәhәrdәn sevinirik, – dedi. – Elә bilirdik,
daha tam düzәlmisәn. Düşünürdük, hәr şey yenә әvvәlki kimi
olacaq.
“Düzәlmisәn” – belә dә dedilәr.
Valideynlәri öz ölçülәrinә görә “düzәlmәk” üçün nәlәrin
lazım olduğunu elә hey ona tәlqin etmәk istәyirdilәr. Әlbәttә,
belә danışmağa nә var, amma qarabasma düz gözünün qarşısında
oynayırsa, bu yerdә nә edәsәn?
Siss başa düşdü ki, bәhanәlәrinin faydası yoxdu, valideynlәrini
azdıra bilmәyәcәk. Bu yerdә әn yaxşısı susmaqdı. Özündәn heç
nә düzüb-qoşmadan valideynlәrini sevindirmәyi necә dә istәyirdi.
Susqun nәzәrlәrlә anasına baxdı.
Anası:
– Vanna qәbul elә, – dedi, – sonra danışarıq.
– Nә barәdә?
– Yaxşı, get. Su istidi.
Ağır işdәn sonra evә qayıdıb gәlәrkәn ananın verdiyi adi,
tanış mәslәhәt: vanna qәbul elә.
101