Page 105 - Tarey Vesos_Макет 1
P. 105
Buz qəsr
III
Lülәquyruq göyәrçinlәr
1
Xala
Demәk, Unnun xatirәsini yaşadan tәk sәn deyilsәn, o birilәr
sadәcә bunu dilә gәtirmir. Amma niyә? Onlar axı belә deyillәr.
Bәzәn fikirlәşәndә ki, Unnun xalası evi satıb gedәcәk, Sissin
tüklәri biz-biz olurdu.
Sәhәri gün mәktәbdәn qayıdanda yolunu xalanın evinin
yanından saldı. Gördü ki, hәlә dә bu evdә yaşayan var: xalanın
hәyәtdәki әşyalarını tanıdı.
Evi satmayıbsa, demәli, xala hәlә dә ümidini üzmәyib.
Bir dәfә evin lap yaxınından keçib-gedәndә xala onu gördü.
Qapını açıb qıza әl elәdi:
– Siss, bura gәl!
Siss hәyәcan içindә istәr-istәmәz yaxın getmәli oldu.
Xala dedi:
– Söz vermişdim ki, evi satıb gedәndә sәnә xәbәr elәyәcәm.
– Hә. Satmısız?
Xala başını tәrpәtdi.
Demәli, ev satılıb. Xala nәyi öyrәnib? Nә vaxt – mәn buz
qәsrdә olanda? Boş şeydi. De, yenә nәsә de. Ürәyindә ondan
xahiş elәdi vә xala açıq etiraf etdi:
– İndi әminәm ki, daha gözlәmәyә dәymәz.
– Nәsә bilirsәn?
– Yox, bilmirәm, amma... Hә, bilirәm. Ona görә dә evi
satdım. Buradan çox uzaqlara gedәcәm.
Qәribә dә olsa, Siss әmin idi ki, xala ondan soruşacaq: “Bir
halda ki baş götürüb hәmişәlik gedirәm, әvvәl deyә bilmәdiklәrini
indi mәnә deyә bilәrsәnmi?” Yox, soruşmayacaq.
105