Page 110 - Tarey Vesos_Макет 1
P. 110

Tarey Vesos
                – Hә...
                – Ona görә dә sәninlә qaranlıqda gәzişirәm. Ümumiyyәtlә,
            nәsә yöndәmsiz alınır: ürәyim bütün qonşuları bir-bir görmәk
            istәyir, amma gözlәrinә görünmәkdәn çәkinirәm.
                İndi get-gedә daha da sıxlaşan aprel toranlığında dayanıb-
            duran xala nәsә bir anlıq Sissin dә gözünә azca yöndәmsiz
            göründü. Amma yox, belә deyil.
                – Gedәk, Siss. İstәyirәm yatmazdan әvvәl bir xeyli gәzişәk.
                Yol yenidәn onları evlәrә vә adamlara yaxın gәtirdi. Xalayla
            yol getmәk necә dә yaxşıdı! Niyә axı heç vaxt anamla belә
            gәzintilәrә çıxmıram? Siss özünә sual verdi. Cavabı bilmirdi.
            Anasını nә qәdәr çox istәsә dә, onunla olanda sıxılırdı. Sıxılırdı,
            amma anasının mәhz nәyindәn sıxıldığını bilmirdi.  Atasının
            qarşısında da sıxılırdı, amma belә baxanda yaxşı dost idilәr. Bәs
            nәdәn bu azca yöndәmsiz xalayla bütün gecәni gәzmәyә hazır
            idi?
                Siss xahiş etdi:
                – Zәhmәt olmasa, hәr şey arxada qaldı deyәndә nәyi nәzәrdә
            tutduğunu mәnә anladardın.
                – Yәni sәnin üçün arxada qaldı.
                – Yox, yox...
                – Nә etsәk dә, belәdi. Daha gözlәmәyin xeyri yoxdu. O, yox
            oldu. Hәyatdan yox oldu.
                Yaxşı ki qaranlıqdı.
                Siss güclә eşidilәcәk sәslә soruşdu:
                – Sәn nәsә öyrәnә bilmişәn?
                – Yox, sәn düşündüyün kimi bilmirәm, amma... hәr halda,
            bilirәm.
                Siss hiss elәdi ki, indi әsas söz deyilәcәk. Xala hәlledici
            sözlәri demәzdәn әvvәl öskürdü.
                – Qulaq as, Siss, buradan getmәzdәn әvvәl bir mәsәlәni
            sәndәn xahiş elәmәk istәyirәm: çalış, bu vaxtacan hәyatında
            olanların hamısını geri qaytar. Bax deyirsәn ki, vәd vermisәn.
            Amma Unn artıq dünyada yoxdursa, indi bunun nә mәnası?
            Yalnız onun xatirәsinә görә hәyatındakı hәr şeydәn tәcrid

                                       110
   105   106   107   108   109   110   111   112   113   114   115