Page 112 - Tarey Vesos_Макет 1
P. 112
Tarey Vesos
dayanırdı. Bu nәdi? Vahimә dözülmәz idi, amma hәr dәfә әmin
olurdu ki, bu, sadәcә gözünә görünür vә ürәyi qanla dolub
yenidәn döyünmәyә başlayırdı. Öz-özünә “gedәn yalnız bizik,
qalan hәr şey donub-qalıb” deyirdi.
Xalanın sәsi gәldi:
– Bir dә tәkrar elәyirәm: sәn özünü vәdindәn azad hiss
elәmәlisәn. Özünü düz aparmırsan. Bu, sәnә yaraşmaz. Sәn
tamam fәrqlisәn.
Cavab vermәyәcәyәm. Heç lazım da deyil. Amma elә bil ul-
duzlara quyunun dibindәn baxıram. Nәsә izaholunmaz bir şeydi.
Gәzintini başa vurdular. Artıq zülmәt gecәydi. Xala son
yürüşünü bitirdi. Onlar Sissin evinә yaxınlaşdılar. Çöldә yanan
tәnha fәnәr onu gözlәyirdi, sәs-sәmir yox idi.
– Hә, gәlib çıxdıq, mәn sәninlә... – Siss xalaya davamını
gәtirmәyә imkan vermәdi, cәld sözünü kәsdi:
– Yox, sәni ötürәcәm.
– Lazım deyil.
– Mәn qaranlıqdan qorxmuram.
– Mәsәlә bunda deyil.
– Nә olar, xahiş edirәm.
– Yaxşı.
Yenidәn yanaşı addımladılar. Oyaq işığıyla Sissin yolunu
gözlәyәn yatmış ev görünmәz oldu. Yolda ins-cins yox idi.
Hәr ikisi azca yorulduğunu hiss elәdi.
– Hava soyuq deyil.
Xala cavabında:
– Elәdi, – dedi.
Siss ürәklәnib soruşdu:
– Getdiyin yerdә nә işlә mәşğul olacaqsan?
Siss xalanın gedәcәyi yerin hara olduğunu da bilmirdi, bu
haqda, ümumiyyәtlә, danışmamışdılar. Xala kiminlәsә öz işlәrini
müzakirә etmәyә öyrәşmәmişdi.
– Bir iş tapılar, itib-batmaram, – cavab verdi. – Hә, satdığım
evin pulunu da almışam. Siss, mәnә görә narahat olma.
– Olmaram.
112