Page 107 - Tarey Vesos_Макет 1
P. 107

Buz qəsr
             – Vaxtımıza var, – dedi. – Hava qaralanda çıxarıq. Elә ikilikdә
          gәzişәrik, başqa heç kim lazım deyil.
             Xalanın getmәyi nә qәdәr kәdәrli olsa da, Sissin içini qәribә
          bir sevinc bürümüşdü.
             Xala yır-yığışa davam elәyirdi, buranı sәliqәyә salırdı. Siss
          ona kömәk elәmәk istәyirdi, amma hәr şey artıq, demәk olar,
          hazır idi. Bu boş, yalın divarlı, narahat ev әvvәlkindәn xeyli
          geniş görünürdü.
             Unnun otağının qapısı bağlıydı. Bu, yaxşı oldu.
             – Baxmaq istәyirsәn?
             – Yox.
             – Düzdü. Orada indi heç nә yoxdu.
             – Üzr istәyirәm, qoy bir baxım.
             Xala qapını açdı. Otaq boş idi. Sissi qәribә bir inamsızlıq
          hissi bürüdü.
             Hava qaraldı, yola çıxmaq olardı.
             Baharın gәlişi elә evin kandarından çölә çıxan kimi aydın
          hiss olunurdu. Qar hәlә heç yerdә әrimәsә dә, nәvazişli havadan
          da, qar tәpәciklәrindәn dә yazın qoxusu gәlirdi. Lap aşağı sallanan
          buludlarla dolu göy üzü isti vә tutqun idi. Belә havada gәrәk
          asta-asta addımlayasan. Әsl gәzmәli hava idi. Onlar kәlmә
          kәsmәdәn xeyli getdilәr.
             Get-gedә әtrafda olan hәr şey güclә görünürdü.  Yolun
          kәnarındakı evlәrin işıqları yanırdı. Siss ağzından bir kәlmә dә
          çıxarmamışdı. Xala özünün vida gәzintisinә çıxmışdı. Sabah
          artıq burada olmayacaqdı.
             Yәqin, indi danışacaq.
             Aprel axşamı әtrafda olan hәr şeyi qaranlığa qәrq edib, yolun
          hәr iki kәnarı boyu iki narahat divar kimi hörülüb sıxlaşmışdı.
          Qar, tutqun da olsa, parıltı verә bilirdi vә yol yaxşı görünürdü.
          Sanki әlini uzadıb ehtiyatlı olmağa çağıran yan-yörәdәki ağacları,
          elә bil yumruq kimi düz sәnin alnının aşağısında görünәn tәpәni
          göz güclә seçә bilirdi.
             Unnun xalası bu yerlәri son dәfә nәzәrdәn keçirirdi. Qonşularla
          vidalaşmaq istәmәdi; burada yaşayanda onlarla az-az ünsiyyәtdә

                                    107
   102   103   104   105   106   107   108   109   110   111   112