Page 106 - Tarey Vesos_Макет 1
P. 106
Tarey Vesos
– Sabah gedirsәn, elәmi?
– Niyә belә fikirlәşirsәn? Niyә mәhz sabah? – xala zәnlә ona
baxdı. – Sәn artıq eşitmisәn? – Yox, amma hәr gün düşünürәm
ki, o, yәqin, sabah çıxıb gedәcәk...
– Nәhayәt, gümanın düz çıxdı. Mәn, doğrudan da, sabah
gedirәm. Odur ki, sәni hayladım. Nә yaxşı ki sәni görә bildim.
Evin yanından keçmәsәydin, özüm axşam sizә gәlәcәkdim.
Siss dillәnmәdi. Unnun xalasının buradan getmәyi hәm qәribә,
hәm dә çox kәdәrliydi. Xala da susdu, amma sonra yenidәn
danışdı:
– Sәni hәm dә ona görә çağırdım ki, istәyirәm, bu axşam
birlikdә gәzişәk. Bu, mәnim bu yerlәrdә son axşamım olacaq.
Razısan?
Qәfil yaranan sevinc.
– Hә! Hara gedәcәyik?
– Heç hara. Sadәcә gәzişәcәyik.
– Amma әvvәl gedib evә dәymәliyәm, bura birbaşa mәktәbdәn
gәlmişәm.
– Hә, әlbәttә, tәlәsmәk lazım deyil, istәrdim, hava tam
qaralmağa başlayanda yola düşüm. Şükür ki, bu vaxtlar hava tez
qaralmır.
– Mәn getdim.
– Evdәkilәrә de ki, gec qayıdacağıq, – xala әlavә etdi, –
amma narahat-zad olmasınlar.
Siss xoş әhval-ruhiyyә ilә evә tәrәf addımlayırdı. O, xalayla
gәzmәyә çıxacaq. Vә bu, adi gәzinti olmayacaq.
Siss evdәn çıxmağa hazırlaşanda valideynlәrinә:
– Biz gec qayıdacağıq, – dedi. – Xala xahiş etdi, belә dә sizә
çatdırım.
– Yaxşı, – valideynlәri rahatca razılaşdı.
Onların bu yumşaqlığının sәbәbi Sissә aydın idi. O, nәsә bir
şey istәyәndә valideynlәri ancaq sevinirdi, hәtta axşam yad
adamla gәzintiyә çıxmaq istәyinә dә. Gör bir onları nә hala
salıb?! Xalanın evinә qәdәr bütün yolu bunu düşündü.
Xala hәlә hazır deyildi.
106