Page 108 - Tarey Vesos_Макет 1
P. 108

Tarey Vesos
            olurdu. Bu qadın qonşuların gözündә hәmişә xoşniyyәtli bir yad
            adam idi: kimisә öz xahişiylә narahat etmәyәn, bütün işlәrinә
            özü әncam çәkәn yad adam. Amma o bәdbәxt hadisә baş verәndә –
            qız itәndә – hamı bir nәfәr kimi kömәyә gәldi. İndi Siss xalanın
            vida mәrasimini dә mәhz özünә uyğun şәkildә etdiyini görürdü.
                Yәqin, elә bu sәbәbdәn bu qәdәr yol getsәlәr dә, hәlә kәlmә
            kәsmәmişdilәr. Amma bu gәzinti tәk vida gәzintisi deyildi. Siss
            gözlәyirdi vә nәhayәt, hәmin an yetişdi. Xala dayanıb sıxıla-
            sıxıla dillәndi:
                – Siss, mәn sәni bu gәzintiyә ancaq gәzmәk üçün dәvәt
            etmәmişәm.
                Siss astadan dedi:
                – Mәn elә dә bilirdim.
                Söhbәt necә alınacaq? Kaş tezliklә hәr şey arxada qalaydı.
            Yox, heç dә belә deyil, qoy olsun, amma...
                Xala yenidәn sakit qarlı yolla addımladı. Havaya yayılan
            hәyәcan sanki onun sözlәrinә dә keçdi:
                – Tәk yaşasam da, hәr halda, hәrdәn camaatla da görüşürәm,
            onlardan nәsә eşidirәm. Mәn bilirәm ki, bu qış sәnin üçün çәtin,
            ağır keçib.
                Susaraq, sanki cavab üçün Sissә vaxt verdi.
                Siss ona etiraz etmәk istәdi.
                – Eşitmişәm, sinifdә heç kimlә danışmırsan, hәtta valideyn -
            lәrindәn dә qaçırsan.
                Siss cәld dillәndi.
                – Mәn vәd vermişәm.
                – Belә dә bilirdim. Unnun yaxın qohumu kimi, yәqin, buna
            görә sәnә minnәtdar olmalıyam. Mәnә onun haqqında danışmağın
            da lazım deyil. Daha bu and, bu vәd nәyә yarayır – özünü dә
            mәhv edәrsәn, hәm dә nә mәnası var axı.
                Siss xalanın nәyә işarә etdiyini anlamağa çalışaraq susurdu.
            Bu sözlәr ona xoş gәlirdi.
                Xala:
                – Sәn hәm dә xәstәlәnmişdin, – dedi.

                                       108
   103   104   105   106   107   108   109   110   111   112   113