Page 113 - Tarey Vesos_Макет 1
P. 113

Buz qəsr
             Xala bir az sonra:
             – Mәn dә lap qәribә adamam, – dedi.  Artıq onun evinә,
          ayrılıq anına yaxınlaşırdılar. – Qәribә adam. Dәrd gәlәndә bu
          camaat mәnim üçün әlindәn gәlәni etdi, mәnsә hamıyla bir-bir
          adam kim sağollaşmaq әvәzinә, qaranlığa girmişәm.
             Sissin danışmadığını görüb:
             – Sәn nә deyirsәn? – dedi.
             – Nә deyim?
             – Amma düşünürәm, bir halda ki bu gün sәn dә mәnimlә ol-
          musan, onlar bilәcәklәr ki, buraları gәzmişәm, boş-boşuna yox,
          hәm dә onlara minnәtdarlıq hissiylә. Belәdi axı. Ümid edirәm,
          sәn onlara danışacaqsan. Buna görә sәnә minnәtdar olaram.
          Amma onu da bilirәm ki, normal adamlar mәnim kimi hәrәkәt
          elәmir.
             Vida anı yetişdi.
             Onların vücudu, demәk olar, qaranlığa qarışıb itdi. Addım
          sәslәri eşidilmirdi. Yalnız nәfәs, bir dә, ola bilsin, ürәk döyüntüsü.
          Onlar әsәn uzun iplәr kimi yüngül, sirli gecәnin bir hissәsinә
          çevrildilәr.
             Mәn qaranlıqdan qorxuram? İşıqlı lülәquyruq göyәrçinlәr
          yolun hәr iki tәrәfi ilә uçuşdu.


                                     2

                            Damla vә budaq kimi

             Kimi vәddәn azad ediblәr?
             Heç kimi, amma...
             Geriyә, o birinә tәrәf tәntәnәli tullanış-zad hiss elәmirәm.
          Bu, mәnәm, әvvәlki adam. Vәddәn azad etmәyiblәr. Amma bu
          hәyata sanki quyruqlu göyәrçinlәr daxil olub. Eynilә damla vә
          budaq kimi. Bir damla şәffaf su çılpaq budaqdan sürüşüb ağır,
          nәm qarın üzәrinә düşür. Qar tәpәciklәri әriyir, onların üzәrindә
          zolaqlar var – qarın dalğavarı qatlarını yarıb onunla birlikdә
          tәpәlәr vә vadilәr boyu yürüyәn, qara qurdların zolağı. Qәribә

                                    113
   108   109   110   111   112   113   114   115   116   117   118