Page 118 - Tarey Vesos_Макет 1
P. 118

Tarey Vesos
                                        4


                                   Әriyәn buz

                Siss sanki әriyәn buzun içindә dayanıb-durub. Hara baxırsan,
            gözünә yalnız boz buzlaqlar, bir dә üzәn buz layları görünür.
            Gecәlәrdәn birindә böyük göldә qara yovşanlıq әmәlә gәldi,
            sәhәri suyun nәfәsi sürәkli vә dәrin şırıltılarla bu qara ayrıcdan
            eşidildi. Dәrhal bir quş balaca buz layına qonub dimdiyini suya
            saldı. Az sonra yeni yovşanlar çıxdı; nәhәng buz layları tәrpәşdi,
            amma hәlәlik yerindә qaldı: çayın ağzı hәlә tәmiz deyildi.
                Siss qәsr-şәlalә barәdә düşündü. Orada başına gәlәnlәr indi,
            xalayla söhbәtdәn sonra tәsәvvüründә tamam başqa cür idi.
            Әlbәttә, hәr şey sadәcә gözünә görünmüşdü. Hәmin vaxt o,
            hәddәn artıq әsәbi idi, gözünә, nә desәn, görünә bilәrdi.
                Yolda rast gәlib ürәyinә yatan oğlanla söhbәtdәn sonra qәsr
            dә gözündә dәyişmişdi.  Yox, әlbәttә, o, bu oğlanla yaxından
            tanışlığa can atmır, amma hәr halda... Yenidәn qәsrә yollanmaq
            istәdi.
                Bu oğlana görә qәsr sәrt kişilәrin dörd bir tәrәfdәn dövrәyә
            aldığı hәmin o gecәdәki kimiydi – yenә onlarla, hәmin gecәdәki
            kişilәrlә birlikdәydi.
                Oğlan ona, su yuxarı qalxıb, demişdi. Qәsr ağappaqdı. Bugün-
            sabah çökәcәk.
                Buz qәsr suyun tәzyiqi altında titrәyir. Ömrünә çox qalmayıb.
            Onu yanına çağırır. Getmәk lazımdı.
                Siss dayanıb qalın vә boz buzların necә parçalandığına tamaşa
            elәyirdi. Gölü çılpaq torpaq әhatә etmişdi. Hәlә bir ot da baş
            qaldırmayıb. Dağlar büsbütün qarla örtülüb, böyük sel yaxınlaşır.
            Bu, qәsrin sonu olacaq. Kәdәrli vә qaçılmaz hәqiqәt: özüylә yeni
            qoxular vә yüngül dumanlar gәtirәcәk gün yaxındadı. Vә torpaq
            diksinib oyanacaq.
                Sinif yoldaşlarıyla hәlә dә yaxınlıq elәmirdi, amma hәr
            şeydәn hiss olunurdu ki, bu, uzun sürmәyәcәk. İlk addım, әlbәttә,
            Sissdәn gәlmәliydi, amma o, әvvәlki kimi, yenә özünü soyuq
            aparırdı.
                                       118
   113   114   115   116   117   118   119   120   121   122   123