Page 121 - Tarey Vesos_Макет 1
P. 121

Buz qəsr
             Hәmin qız:
             – Siss, sәn bizi dolamırsan ki? – soruşdu.
             Eşitdiklәrini nәsә heç cür hәzm elәyә bilmirdi.
             – Әlbәttә, yox.
             Oğlan:
             – Düşünmәzdim ki, sәndәn belә bir tәklif gәlә bilәr, – deyib
          sanki sinifdәki nüfuzunu nümayiş etdirmәk istәdi.
             – Bilirәm.
             Hәmin qız yenidәn dillәndi:
             – Nәsә, yenidәn sıralarımıza qayıtdığına hәlә dә inana bilmirik.
          Amma bir halda ki deyirsәn, onda...
             Uşaqlar mәktәbdәn evә qayıdanda Siss dәstәnin ortasıyla
          addımlayırdı. Asta yerişlә gedirdilәr. Bu, ona xoş idi. Hәyat necә
          dә qәribәdi, özün üçün sakitcә evә gedirsәn vә bundan hәzz
          alırsan.
             Valideynlәri guya ötәri nә baş verdiyini soruşdular. Yoldaşlarıyla
          birgә qayıtmaqdan coşqulanan Siss heç nәyi gizlәtmәdәn dәrhal
          açıb dedi.
             Axşam valideynlәri gәlib onun yanında oturdu. Birinci ata
          dillәndi:
             – Sәnin evә belә şәn qayıdacağın günü çoxdan gözlәyirdik.
             Ana davamını gәtirdi:
             – Bilirdik ki, hәmin gün gәlәcәk.  Yoxsa bu qışı keçirә
          bilmәzdik.
             Siss tamam gәrildi. Amma valideynlәri artıq heç nә demәdilәr.
          “Başa düşürük, özün özünә güc gәldin” deyә bilәrdilәr, amma
          bu, ona ağır gәlәrdi.
             Tәbii ki, qızları bu qış onlara az dәrd vermәmişdi. Onsuz,
          özü dә bunu bilir, xatırlamağın nә mәnası. İndi bu ev sevinc
          içindәdi, amma valideynlәrlә әvvәlki ünsiyyәti qurmaq hәlә dә
          çәtindi.







                                    121
   116   117   118   119   120   121   122   123   124   125   126