Page 126 - Tarey Vesos_Макет 1
P. 126

Tarey Vesos
            yaxınlaşmırdı. İndi hәmin qız sakitcә başını tәrpәtmәklә onu
            salamladı. Siss soruşdu:
                – Artıq buradasan?
                – Bәs sәn?
                Siss:
                – Qәrara aldım ki, hamı yığılanacan burada olsam yaxşıdı, –
            açıq etiraf etdi.
                – Hә, әlbәttә. Mәn belә dә bilirdim, ona görә dә evdәn tez
            çıxdım – o birilәr gәlib çıxana qәdәr sәninlә danışmaq üçün.
                – Nә barәdә?
                Siss onun cavabını bildiyi sualı verdi.
                – Özün dә bilirsәn, elә deyil?
                Sınayıcı nәzәrlәrlә baxışdılar. Hәr ikisi anladı ki, bir-birinә
            düşmәn deyillәr. Siss özünә yeni rәfiqә qazanmaq istәdiyini hiss
            etsә dә, bu arzunu içindә boğmalı oldu. Hәm dә anladı ki, bu
            başçı qız ondan heç nәdә geri qalmır. Qızın, adәtәn, tәmkinli vә
            sakit olan sifәti indi hәyәcanlı görünürdü.
                – Sәni dünәn evә ötürәndә necә dә xoş idi, Siss. Görürdüm
            ki, hamıya xoşdu.
                Siss susmuşdu.
                – Sәnә dә xoş idi?
                – Hә, – sakitcә cavab verdi.
                Qız sözlәrinә bir sәrtlik vermәk istәyәrәk:
                – Amma hәr halda, bundan qaça bilmәzsәn, – dedi.
                – Nәdәn qaça bilmәrәm?
                – Düşünürdüm, sәn dә bilirsәn. O birilәr gәlib çıxanacan
            gәrәk bu haqda danışaq.
                Sәsi daha da sәrtlәşmişdi. Qız davam etdi:
                – Qış ağır keçdi, Siss.
                Siss qızardı.
                Qız davam etdi:
                – Niyә özünü elә aparırdın?
                Siss inamsız halda:
                – Sәbәb mәnim kimәsә qarşı olmağım deyildi, – dedi, –
            mәsәlә başqaydı...

                                       126
   121   122   123   124   125   126   127   128   129   130   131