Page 127 - Tarey Vesos_Макет 1
P. 127
Buz qəsr
Az qala, vәd verdiyini dilinә gәtirәcәkdi, amma özünü saxladı.
O qız, yәqin, bunu yaxşı bilirdi. Bu vәddәn hamının xәbәri vardı.
Niyә bir dә onu yada salsın.
Qız dedi:
– Amma elә bilirdik, bizә qarşısan. Mәgәr bizimlә birlikdә
ola bilmirdin?
Siss qızın tikanlı baxışları qarşısında başını aşağı salıb cavab
verdi:
– Mәnә elә gәlirdi, bacarmaram. Ona görә dә sizinlә deyil -
dim.
– Ona görә dә eynilә o biri kimi divara qısılıb dayanırdın.
Sissi elә bil silkәlәdilәr.
– Yanımda onun adını çәkmә! Әgәr onun haqqında bir kәlmә
desәn, mәn...
İndi dә hәmin o başçı qız özünü itirib qızardı. Dili topuq
vura-vura:
– Nә danışırsan! Mәn heç dә istәmirdim ki...
Ardınca qız tez özünü toparladı. Çünki başçılıq elәdiyi sinfә
görә utanmalı bir şey yox idi. Siss dә bunu bilirdi vә çox şeylәri
artıq qәbul etmişdi. Qız başını dik tutub tox-tox Sissә baxdı.
Siss ondan gәlәn gücü hiss etdi. Әvvәllәr bu güc gizliydi, bu
yaz üzә çıxdı – ona uzunboğazıyla toxunan oğlanın mәrhәmәti
kimi.
Qız:
– Sözlәrimә görә mәndәn incimә, – dedi.
– Yaxşı, incimәrәm.
– Dәqiq?
Siss başını tәrpәtdi vә onunla rәfiqә olmağı düşündü.
Qız ehtiyatla soruşdu:
– Sәn orada bizә nә göstәrәcәksәn?
– Şәlalә tәrәfdә?
– Hә, yәqin, orada çoxlu maraqlı şeylәr var.
Siss karıxdı:
– Elәdi, amma sözlә deyә bilmәrәm, – dedi, – gәrәk özünüz
görәsiniz.
127