Page 128 - Tarey Vesos_Макет 1
P. 128

Tarey Vesos
                – Әgәr sәn deyirsәnsә, demәk, qiyamәt yerlәrdi.
                – Elәdi, axı siz oranı görmәmisiz! Hәmin gecә orada tәk mәn
            olmuşam!
                Qız sıxıla-sıxıla:
                – Hә, әlbәttә, – dedi.
                Söhbәt kәsildi. Onlar yanaşı dayanmışdılar.
                – Hәlә burada çox dayanmalı olacağıq.
                – O birilәr dә indilәrdә gәlib çıxar.
                – Hә, – Siss elә bil yuxudan ayıldı.
                – Sәnә nә olub?
                Siss hәyәcanlıydı, özü özünü tanımırdı. Budur, onun üçün
            hәlә namәlum olan qızla yanaşı dayanıb. Bu qız onun yaşıdıdı.
            “Biz yanaşı dayanıb güzgüyә baxırıq”. Qәflәtәn ağlına gәlәn bu
            fikirdәn çaşdı. Sәnә nә olub?
                Qız ondan soruşdu. Özü dә mәhz o anda ki, sәn çaşqın, sanki
            ovsunlanmış vәziyyәtdәsәn. Çünki artıq olub-keçәnlәr yenidәn
            tәkrarlanır.
                Siss:
                – Mәnә... – deyib susdu.
                Qız davamını gözlәyirdi.
                Siss yenidәn dillәndi:
                – Bilirsәn, elә şeylәr var ki, çәtin sәn onu...
                – Hә, Siss.
                Belә baxanda, adi sözdü. “Hә, Siss”. Amma bu bir kәlmә düz
            ürәyinә yol tapdı. Biz gәrәk dostlaşaq.
                Qәflәtәn elә bil aralarından qara pişik keçdi. Siss sәksәnәrәk
            düşünüb-daşınmadan dedi:
                – Amma sәn bizә gәlmә!
                – Nә?
                – Mәn dә sizә gәlmәyәcәm!
                – Nә?
                Siss halsız halda:
                – Yoxsa hәr şey yenә belә olacaq, – dedi.
                Qız onu bәrk-bәrk qucaqladı.
                – Yenidәn bizlәri atıb getmә. Biz sәninlәyik. Bizdәn uzaq
            gәzmә.
                                       128
   123   124   125   126   127   128   129   130   131   132   133