Page 125 - Tarey Vesos_Макет 1
P. 125

Buz qəsr
             Bir an belә dayanmayan hәrәkәt. Tәbiәtin sәrmәst oyanışı.
          Nәm torpağın sәrmәst qoxusu. Bütün bunlar adamı cuşa gәtirir.
          Quyruqlu göyәrçinlәr dә sakitcә peyda oldu. Siss onların sәsindәki
          kәdәr vә sevinc dolu ovsunlardan mәst oldu.
             Biz quyruqlu göyәrçinlәrik. Bizi çox xoşladıqlarımız özünә
          cәlb etdi.
             Dörd bir tәrәf çıl-çılpaq vә tәzәdi. Bax orada qaya var,
          üstündәn su axır. O elә bil balta kimi orada dayanaraq, zamanı
          doğrayıb bölür ki, biz vaxtında yetişә bilәk. Bizi gözlәyirlәr.
          Balaca bir quş qayaya dәyib süpürgә koluna yıxılır vә yenidәn
          havaya qalxıb hәmişәlik qeyb olur.
             Bizi gözlәyirlәr.
             Budur, artıq çinarların ağ gövdәlәri arasındayıq. Biz bura
          uzun yol gәlmişik, biz buradayıq. Bizi gözlәyirlәr. Bizim qısa
          hәyatımız burada keçәcәk.
             Quş uçur. Göldә çinar kimi böyümüş bir yüksәklik var. Bizim
          qısa hәyatımız.
             Siss özünә dedi:
             Mәn bu gün onların hәyatına qayıdıram.
             Demәk, mәsәlә elә bunda imiş?
             Nә bunda? – sanki sual sәslәndi.
             Cavabı özü dә bilmirdi.
             Siss görüş yerinә birinci gәlib çatacağı ümidiylә evdәn lap
          erkәn çıxdı. Belә daha rahat idi. O, çoxdan bәri aralarına sәdd
          qoyduğu yoldaşlarının hәyatına qayıtmaq istәyirdi vә hamı
          yığılanacan hәrәni tәk-tәk qarşılamaq onun üçün daha rahat idi.
          Artıq bir yerә cәm olmuş sinif uşaqlarına yaxınlaşmaq, çox
          güman, ona çәtin olardı.
             Amma mәlum oldu ki, bura birinci çatmaq tәk onun ağlına
          gәlmәyib. Çox danışmayan o qız – yeni başçı Sissi qabaqlamışdı.
          Bu qız Siss kәnarlaşan gündәn mәktәbdә onu әvәzlәmişdi. Özü
          dә hәr şey sakit, dinib-danışmadan baş verdi vә deyәsәn, heç
          bunu hiss edәn dә olmadı. Hәrәkәtli vә iradәli bu qız tez bir
          zamanda başçı kimi qәbul olundu. Siss bütün qış boyu onu
          müşahidә etdi. Bu qızda olan nәsә Sissi özünә çәkirdi, amma ona

                                    125
   120   121   122   123   124   125   126   127   128   129   130