Page 120 - Tarey Vesos_Макет 1
P. 120
Tarey Vesos
– Elәdi.
Amma oğlan әmәlli-başlı incidi, tez söhbәti kәsib uzaqlaşdı.
Bu ötәri hadisә onu düşünmәyә mәcbur etdi. Nәsә elәmәk
lazımdı, özü dә tez. Bu addımı atmağa, vәziyyәtdәn çıxmağa
özündә tәpәr tapmalıdı, onların qabağında özünü xәcalәtli hiss
elәmәsi nә qәdәr qәribә olsa da. Amma hәr halda, mәsәlә belәdi
ki, o özü yoldaşlarından uzaqlaşıb. Vә nә yaxşı ki indi, bu
hәlledici mәqamda onun dayağı var. Bu dayaq Unnun xalasının
ona dediklәridi.
Buz qәsr onun nә düşündüyünü hamıya aydın göstәrmәyә
imkan yaradacaq. Qadağalı mövzuya özü toxunacaq. Ona dedilәr
ki, qәsr bugün-sabah dağılacaq. Çay nә qәdәr ki tamam yuyub
aparmayıb, gedib ona baxmaq istәrdi.
Şәnbә günü hamı mәktәbin hәyәtindә olanda Siss qәtiyyәtli
addımlarla hәyәcanlı gözlәnti içindә donub-qalan sinif yoldaşlarına
yaxınlaşıb dedi:
– Qulaq asın, mәnim tәklifim var. Gәlin sabah gedib buz
qәsrә baxaq. Mәnә dedilәr ki, o, çox davam gәtirә bilmәyәcәk.
Kimsә tәәccüblә astadan:
– Sәn ora getmәk istәyirsәn? – soruşdu vә hәmin uşağa göz
ağartdılar.
Onlar heyrәtlә bir-birlәrinә baxdılar. Kimin ağlına gәlәrdi,
mәhz buz qәsrә, haqqında danışmağa belә cürәt etmәdiklәri әn
tәhlükәli yerә? Hamının üzündә sanki belә yazılmışdı: “Sissә nә
olub?”
– Nәyә görә? – sual gәldi.
Siss tox vә sakit sәslә cavab verdi. İndi hәr şey daha asan idi.
– Sadәcә, dağılmazdan әvvәl ona bir dә baxmaq maraqlıdı.
Mәnә dedilәr, qәsr hәr an dağıla bilәr. Düşünürәm, o, indi daha
da gözәldi.
Sinfin yenә dә öz başçısı, yaxud iki başçısı vardı. Belә
hallarda o iki nәfәr öz fikirlәrini bildirmәliydi. Siss tәәccüb etsә
dә, anladı ki, başçılardan biri o vaxt haradansa peyda olub
mәrhәmәtini nümayiş etdirmәk üçün ona uzunboğazıyla toxunan
hәmin oğlandı. Budur, o artıq başçıdı. O biri tez bir zamanda
Sissin yerini tutmuş hәmin qız idi.
120