Page 124 - Tarey Vesos_Макет 1
P. 124

Tarey Vesos
                Yox! Yox!
                Açıq pәncәrәdәn soyuq vurdu. Bağlamaq üçün ayağa qalxdı.
            Daha qaranlıqdan qorxmurdu, amma sakitcә gedib pәncәrәni
            örtә dә bilmirdi.
                Vidalaşanda Unnun xalasına qaranlıqdan qorxmadığını demişdi
            vә qorxu, hәqiqәtәn dә, hәmin an onu rahat buraxmışdı.
                Amma indi düşündü ki, hәr halda, qorxur. Qalxıb pәncәrәni
            örtmәdi.
                Şkafından bir neçә palto asılmışdı. Onları götürüb, donmamaq
            üçün adyalın üstünә atdı. Nә arxasını pәncәrәyә sarı çevirmәyә,
            nә dә işığı söndürmәyә ürәk elәyirdi. Qaranlıq otağı açıq pәncәrәli
            tәsәvvürünә gәtirmәk onda vahimә yaradırdı. Yuxuya gedәnәcәn
            elәcә pәncәrәyә baxdı.



                                        6

                              Quyruqlu göyәrçinlәr


                Sәhәr şaxtalıydı. Siss evdәn çıxanda sulu yerlәri örtmüş buz
            ayaqları altında xırçıldadı. Bir gün әvvәl uşaqlar şәlalәyә vә çaya
            getmәk üçün sübh tezdәn görüşmәyi qәrara almışdılar.
                Siss evlәrinә baxmaq üçün hәtta arxaya belә qanrılmadı:
            gecә vahimәlәri yox olmuşdu. Mәnim son günüm? Boş şeydi.
            İndi sәhәrdi, bu vәdәlәr adam da başqa cür olur.
                Bununla belә, bu, onun üçün adi sәhәr deyildi.
                Donmuş su şaxtalı aprel gecәlәrindә әmәlә gәlәn nazik
            gümüşü qabıqdan başqa, bir şey deyilmiş. Su – әsl su isә bir an
            belә hәrәkәtini dayandırmır, hәr yerdә özünü hiss etdirәrәk bütün
            tәbiәtә hakim kәsilir. Su bütün çeşmәlәrdәn axır – amma nәdәnsә,
            onun şırıtlısı heç vaxt bazar sәhәrlәri olduğu kimi aydın eşidilmir.
            Qaramtıl sahillәrin әhatәyә aldığı vә sanki yalnız saf suyla dolu
            gölün üzәrindә iri vә xırda buzlar üzürdü. Haradasa uzaqda sәsi
            bura güclә gәlib çatan çay gurlayırdı.
                Ürәklәr әsә-әsә ora – o gurultuya sarı can atır.

                                       124
   119   120   121   122   123   124   125   126   127   128   129