Page 129 - Tarey Vesos_Макет 1
P. 129

Buz qəsr
             Siss onu eşitmirdi. Hiss etdiyi yalnız bu bir qucaq rahatlıq
          idi.
             – Sәn mәni eşidirsәn?
             Siss:
             – Hә, – cavab verdi.
             Qız qüvvәtli qollarını boşaltdı. Siss dönüb xırda budaqdan
          tutdu vә onu qopartmaq istәdi. Ağaclığın arxasından gәlәn sәs-
          küyü eşidәndә bu gәrginliyә baxmayaraq, hәr ikisi özündә bir
          yüngüllük hiss etdi.
             Sәrt tәbiәtli qız cәld dillәndi:
             – Axır ki gәlib çıxdılar. Şadam ki, sәn...
             – Mәn dә.
             Gәlәnlәr sevinc içindә onları dövrәyә aldılar.
             – Siss, salam.
             – Salam.
             Sissin onların hәr birini tәk-tәk qarşılayacağını düşünmәsi
          yersiz imiş – başçı-qız imkan vermәdi.
             Sonuncular da gәlib çıxdı vә hamılıqla yola düzәldilәr.
             Çox danışmağı xoşlamayan hәmin o qız daha heç nә demәyib
          uşaqlara qarışdı. Qabaqda bir oğlan gedirdi. Siss özü dә hiss
          etmәdәn az sonra onunla yanaşı addımladı. Bu, hәmin oğlan idi –
          Sissin ağır günündә uzunboğazının ucuyla nәvazişlә ona toxunan
          oğlan. Hәmin gündәn bәri o da başçılardan biri olmuşdu. Bundan
          sonra da Sissә az yaxınlaşmamışdı, amma “uzunboğaz günü”
          olanlar daha tәkrarlanmadı.
             Oğlan sükutu pozmaq üçün soruşdu:
             – Sәn ora әn qısa yolu tanıyırsan, elәmi?
             – Hә, – Siss qәtiyyәtlә cavab verdi.
             – Ora tez-tez gedirdin?
             – Yox, – bir qәdәr sıxılıb qısaca cavab verdi.
             Siss geridә qalmışdı.
             “Bu gün özümü necә aparıram?”
             Meşәnin içiylә nizamsız addımlayırdılar, bölünür, yenidәn
          birlәşirdilәr.
             Siss uşaqların onu diqqәt mәrkәzinә gәtirmәsini xәcalәt
          hissiylә müşahidә edirdi. Amma bu, onda ağırlıq yaratmırdı. Sәrt
                                    129
   124   125   126   127   128   129   130   131   132   133   134