Page 133 - Tarey Vesos_Макет 1
P. 133
Buz qəsr
– Sәnә nә lazımdı?
Oğlan:
– Özüm dә bilmirәm, – cavab verdi.
Oğlan baxışlarını Sissdәn çәkmәdәn dedi:
– Burada bizi görәn yoxdu.
Siss dә dillәndi:
– Hә, heç kim gözә dәymir.
Oğlan tәklif etdi:
– Gәl bu çeşmәnin üstündәn tullanaq.
Oğlan Sissin әlindәn tutdu vә birlikdә tullandılar. Qәribә bir
an vә artıq hәr şey arxada qalıb. Tullanandan sonra bir neçә
addım atsalar da, oğlan hәlә dә Sissin çeçәlә barmağını buraxmırdı.
Bu da qәribә idi. Oğlan qızın çeçәlә barmağının sanki öz-özünә
yüngülcә onun ovcuna necә sığındığını hiss edirdi.
Onlar tez әllәrini çәkib o birilәrinә qoşulmaq üçün tәlәsik
kolluğun yanından ötüb-keçdilәr.
Uşaqlar qәsrin lap ayağında dayanıb-durmuşdular. Burada
hәr şey әzәmәtli idi – ağımtıl buz qatları da, nәhәng şәlalә dә.
Onlar mümkün olan qәdәr şәlalәyә yaxınlaşdılar. Tezliklә
әyinlәrindәki paltarlar qәsrin ortasından qalxıb ağır-ağır әtrafa
oturan su tozundan bozardı. Hava titrәyirdi.
Onlar dayanıb bir-birlәrinә nәsә demәk üçün ağızlarını
açırdılar, amma heç nә eşidә bilmirdilәr. Gördüklәri vә eşitdiklәri
yalnız geniş açılmış ağızlar idi. Üst-başları su içindәydi. Şәlalәnin
әzәmәtindәn heyrәtlәnmiş halda geri çәkildilәr – burada nәsә
eşitmәk mümkün idi.
Siss dә dәstәnin içindәydi. Yol yoldaşlarının üzünün ifadәsi
sanki ona deyirdi: “Biz sәni bura sağ-salamat gәtirib çıxardıq”.
Burada gördüklәrinin әzәmәti uşaqları hәyәcanlandırmışdı.
Siss bayaqdan qışda burada dayanan kişilәri xatırlayırdı. O
vaxt şәlalәnin uğultusuna matәm nәğmәsi qarışmışdı. Deyәsәn,
o vaxt onların hәmin nәğmәni oxuduqlarını indi aydın xatırlayırdı:
zaman xatirәlәrini dәyişib tәhrif elәmişdi. Artıq bu, keçmişdә
qalıb. Bütün bunlar әbәs idimi? Yox, bir dә yox, әbәs deyildi,
Siss heç vaxt hәmin gecә burada dayanan kişilәrin yaddaşından
silinmәyәcәk.
133