Page 137 - Tarey Vesos_Макет 1
P. 137
Buz qəsr
Hәr halda, olacaqlar oldu.
Hәr şey bitdi, başqa cür ola da bilmәzdi.
Bu gün vәdimin son günüdü.
Vә bu, Unnun xalasının sayәsindә oldu.
Düz elәdiyimi hәlә dә bilmirәm.
Amma istәyirәm.
Xalaya minnәtdaram.
İndi harada olduğunu bilәn kimi ona mәktub yazacağam.
Siss uzun müddәt tәk qalmalı olmadı. Sinif uşaqları hәlә
uzaqdaydı, amma budu, o, quru budaqların xışıltısını eşidir vә
sanki gözünә iki zәrif şüa düşür: hәmin qız vә hәmin oğlan
yaxınlaşır. İkisi dә ona can atır.
Sissi sevinc hiss bürüdü. Yerindәn qalxdı. Yanaqları yüngülcә
qızardı. İkisi dә ona can atırdı.
7
Qәsr dağılır
Qәsrin nә vaxt dağılıb yerlә-yeksan olacağını görmәk heç
kimin qismәtindә deyil. Bu, gecә – uşaqlar yuxuda olanda baş
verәcәk.
Elә bir insan yoxdu ki, onun ölümünә şahidlik edә bilsin.
Sәssiz xaosun dalğalarından insanların yatdıqları әn uzaq otaqların
da havası titrәyәcәk, amma bir nәfәr dә oyanıb soruşmayacaq ki,
bu nәdir?
Heç kәs xәbәr tutmayacaq.
Qәsr bütün sirlәrini, hәr şeyi özüylә aparacaq, şәlalәyә qarışıb
gedәcәk. Amansız bir qüvvә bu qәsri mәhv edәcәk, o, yer üzündәn
silinәcәk.
Vәhşi xaos solğun, soyuq, ins-cins olmayan gecәdә ömrünü
başa vuracaq. Gurultu heçsizliyә qәrq olacaq. Bu ki qәsrin әsas
dayaqlarıdı, dağılır. Öz taxtını tәrk edib süquta uğradığı son
137