Page 138 - Tarey Vesos_Макет 1
P. 138

Tarey Vesos
            saatında can üstә olan buz qәsr ildırım kimi gurlayacaq. Amansız
            işgәncәlәr sona çatır, gurultu sәsi gәlir vә elә bil haralardansa
            eşidilir: bura lap zülmәt qaranlıqdı.
                Suyun tәzyiqi altında hәr şey dağılır, şәlalәnin ağ köpüklәrinә
            tökülüb qarışır. Buzun nәhәng layları bir-birinә dәyib parçalanır
            vә suyun asan şikarına çevrilir. Nohurlar әmәlә gәlir, amma axın
            onları yuyub özünün geniş, daşlı-çınqıllı yoluna qatıb aparır,
            daha uzaqlara istiqamәt alır vә çayın dirsәyindә gizlәnir. Qәsr
            belәcә yer üzündәn silinir.
                Bir vaxtlar dayandığı yerdә yalnız izlәri qalır – taxtındakı
            cızıqlar vә qopuqlar, baş-ayaq çevrilmiş daşlar, kökündәn
            qoparılmış ağaclar, bir dә yalnız dәrisi soyulmuş zәrif budaqlar.
                Buz layları hәlә dә aşağı can atır. Onlar tәlәsirlәr, tezliklә
            aşağıdakı gölә çatıb hәrәsi bir tәrәfә qaçacaq vә bu zaman hamı
            hәlә yuxuda olacaq, bu gecә nәlәr baş verdiyini kimsә görmәyәcәk.
            Süd rәngli buz layları әriyә-әriyә güclә görünәrәk, gölün üzәriylә
            üzәcәk. Sonra yox olacaq.






























                                       138
   133   134   135   136   137   138   139   140   141   142   143