Page 136 - Tarey Vesos_Макет 1
P. 136

Tarey Vesos
            Buradan getmәk isә hәlә tezdi. Buz qәsr onları buraxmaq istәmirdi.
            Uşaqların gözlәri әvvәlki kimi parlayırdı.
                Uşaqların parlaq gözlәri Sissin baxışlarını yoxlayırdı, amma
            o qız bu heyranlıqlarını onlarla bölüşә bilmirdi. Yuxarıda onu
            haqlayan çılğın hәvәs izsiz-soraqsız qeyb olmuşdu. Mәgәr hiss
            etmirlәr ki, burada qalmaq olmaz? Әlbәttә, yox, onlar buna bir
            sәbәb dә görmürlәr. Bu, o uşaqlar üçün adi bir macәradı.
                Uşaqlar Sissin sifәtindә әks olunanları oxuduqlarına görәmi
            ondan üz döndәrdilәr?  Amma axı özlәri dә burada qalmağın
            mümkünsüzlüyünü hiss etmәlidi. Şәlalәnin әbәdi uğultusu yerlә
            göyün arasını doldursa da, tәk bir boşluğu doldurmaya da bilәr.
            Onlar bunu bilmirlәr. Bu, onlar üçün, olsa-olsa, adi bir macәradı
            vә gözlәri dә ona görә alışıb-yanır.
                Siss qalxıb dedi:
                – Mәn daha burada qala bilmәrәm.
                Sәbәbi soruşan olmadı.
                Başçı-qız ona yaxınlaşdı:
                – Gedirsәn?
                – Yox. Nәsә bir az o tәrәflәrә, kәnara çәkilmәk istәyirәm.
                – Yaxşı, biz dә bir az qalıb qayıdırıq.
                Siss meşәlikdәn keçәrәk, birazdan o birilәrin dә gәlәcәyi
            yolla ağır-ağır geri qayıtdı.
                Yox, mәn indi onlardan ayrılmıram.
                Mәn indi onlarla birlәşmişәm.
                Siss pöhrәliyә girib daşın üstündә oturdu. Meşә hәlә yarpaqlarını
            geyinmәmişdi, arıq çılpaq ağacların sıx cәrgәsi göz işlәdikcә
            uzanırdı. Siss әyri tәpәliyin altında oturduğundan şәlalәnin
            uğultusu qulağına boğuq çatırdı, amma sәsin gücündәn havanın
            titrәyişi burada da hiss olunurdu. İpә-sapa yatmayan vә dәli sәs.
            Su dayanmaq bilmәdәn tәzәlәnir vә irәli can atırdı.
                Siss bu gün ona edilәn hörmәti düşünürdü. “Onlar yaxınlaşanda
            çalışıb başqalaşacağam. Necә?”
                Daşın üstündә oturub elә hey düşünürdü. Gözlәyirdi ki, indi
            arxasında dәhşәtli uğultu sәsi xәbәr verәcәk: olacaqlar oldu.
            Amma әvәzindә yalnız susmaq bilmәyәn, ahәngi pozulmayan
            uğultu eşidilirdi.
                                       136
   131   132   133   134   135   136   137   138   139   140   141