Page 141 - Tarey Vesos_Макет 1
P. 141
Quşlar
– Sәn mәnimlә belә danışa bilmәzsәn, – dedi vә sifәtinin
ifadәsi dәyişdi.
Xeqe pәrt halda başını aşağı salmışdı. Mattis davam etdi:
– Sәn mәnimlә dә hamıyla danışdığın kimi danışmalısan.
– Hә, hә, düz deyirsәn.
Xeqe oturub başını aşağı salmışdı. Әgәr hәr şey belә
ümidsizdisә, nә etmәli? Bәzәn dözә bilmirdi vә sözlәri ilә Mattisә
ağrı verirdi.
2
Qardaşla bacı köhnә evlәrinin artırmasında oturmuşdular.
İsti iyun axşamlarından biriydi, qoca ağac gövdәlәri qızmar
günortadan sonra tәnbәl-tәnbәl xoşhallanırdı.
Xeqe vә Mattis әvvәlcә bir xeyli sükut içindә oturub qaldılar,
ildırımla, işlә bağlı söhbәtә sonradan keçdilәr. Çiyin-çiyinә
oturmuşdular. Mattis sifәtinin donuq ifadәsiylә ağacların yuxarısına
baxırdı. Xeqe onu bu vәziyyәtdә görmәyә öyrәncәliydi. Bilirdi
ki, bunu ona qadağan etmәk olmaz: yoxsa çoxdan irad tutmuşdu.
Bacı vә qardaş elә bil tәrki-dünyalığa çәkilmişdi. Yaxınlıqda
başqa ev yox idi. Amma meşәnin düz arxasından yol keçirdi,
orada iri bir qәsәbә var idi. Burada, meşәnin onlar tәrәfdәki
hissәsindә isә göl bәrq vururdu vә onun o biri sahili sanki
dünyanın o başındaydı. Göl düz tәpәyә, Mattislә Xeqenin evi
yerlәşәn yoxuşacan gәlib çıxırdı. Orada, sahildә onların qayığı
vardı. Evin әtrafında sәliqә-sahmana salınmış torpaq sahәsi çәpәrә
alınmışdı. Onlara mәxsus olan bu sahәdәn o tәrәfdәki hәr şey
özgә idi.
Mattis düşüncәlәrә qapılmışdı: Xeqe mәnim nәyә baxdığımdan
xәbәrsizdi!
Bu barәdә ona danışmağa yaman hәvәsliydi.
Axı onlar indi dörd nәfәrdi – iki Mattis vә iki Xeqe! Bacısı
isә bunu ağlına belә gәtirmir.
Amma susurdu.
141