Page 145 - Tarey Vesos_Макет 1
P. 145

Quşlar
             Bütün bu vaxtı onun parıltılı millәri bir an belә dayanmırdı.
          Mattisә elә gәlirdi ki, bu millәr öz-özünә hәrәkәt edir.
             Mattis sәhvini ört-basdır etmәk üçün:
             – Dәhşәt ağıllısan, – dedi. – Dünyada sәndәn ağıllısı yoxdu.
             Yenә hәmişә onu özünә cәlb elәyәn sözlәrdәn birini işlәtdi.
          Görәn, bu tәhlükәli adamı dalayan sözlәrin sayı nә qәdәrdi?!
          Ona uyğun gәlmәyәm, amma imkan düşdükcә xәlvәti işlәtdiyi
          bu sözlәri dilә gәtirmәk yaman xoş idi – onlar elә bil çәnәsinin
          altında gicişirdi. Hәm dә tәhlükәli deyildilәr.
             – Eşidirsәn, Xeqe?
             Bacısı köks ötürdü.
             – Hә.
             Artıq bir kәlmә dә. Ona nә olub? Bәlkә, tәriflәri bacısına
          ifrat göründü.
             Xeqe eşitmәsin deyә astadan:
             – Hәr halda, saçların tez ağarıb, – mızıldandı. – Maraqlıdı,
          görәn, mәndә dә ağ saç var? Yadımdan çıxmamış, gedim baxım.
             – Mattis, yatmağa gedirsәn?
             – Yox, mәn istәdim… – az qala, gedib güzgüyә baxmaq üçün
          qalxdığını deyәcәkdi, vaxtında özünü saxladı. Vә evә keçdi.



                                     3

             Mattis bu axşamın gözәlliyini yalnız otağa girәndә görә bildi.
          Nәhәng göl şüşә kimi hamar idi, sahilin qәrb hissәsindәki tәpәlәri
          yüngül duman bürümüşdü. Bura, demәk olar, hәmişә duman
          içindәydi.  Yayın qoxusu gәlirdi. Evlәriylә yalnız küknarlığın
          ayırdığı yolda şütüyәn maşınlar da elә bil әylәnirdilәr. Aydın
          sәma gecә tufan olmayacağını vәd edirdi.
             Tufanın içindәn keçmәyi xәyalına gәtirdi vә qorxudan diksindi.
             Lap içindәn.
             Әgәr bunu bacarsaydı!
             Mattis qatlanıb-açılan taxta divanın yanında dayanıb fikrә
          dalmışdı.

                                    145
   140   141   142   143   144   145   146   147   148   149   150