Page 149 - Tarey Vesos_Макет 1
P. 149

Quşlar
             – Nә olub? –  tәşvişlә soruşdu.
             Nәhayәt, bacısı qalxdı.
             – Ox, Mattis, Mattis!
             Qardaşı hәyәcanlıydı, gözlәrini ondan çәkә bilmirdi.
             – Nә olub, de görüm!
             – Burada şәnlәnmәli bir şey yoxdu. Saç söhbәti bu gün di -
          lindәn düşmür.
             – Şәnlәnmәk niyә? Mәgәr biz şәnlәnirik? – heyrәtlәndi.
             Bu, nә qәribә söz idi, bacısı danışırdı?
             Xeqe acizanә tәrzdә qardaşına baxdı. Sanki qorxurdu. Dәrhal
          sәhvini düzәltmәliydi. Mattis artıq elә bir nöqtәyә yaxınlaşırdı
          ki, sonra onun öhdәsindәn gәlmәk çәtin olacaqdı.
             – Sәn sadәcә unutmusan, biz çox şәn idik, – deyәrәk elә bil
          bu sözlәrlә onun beynini mismarladı. – Yadına sal! Biz ki sәninlә
          hәr gün şәnlәnirik!
             Mattis yumağa dönüb soruşdu:
             – Nә vaxt?
             – Necә yәni “nә vaxt”? – bacısı sәrt ifadәylә soruşdu.
             Sonra yenә hücuma keçdi. Qardaşını saxlamalıydı:
             – Bir ağlını işlәt, Mattis, – xasiyyәtindәki kövrәkliyi kәnara
          qoyub dedi. Xeqe belә çәlimsiz olsa da, qәribә inadkarlığı vardı.
             Mattis cavab verdi:
             – Mәn, onsuz da, hәmişә ağlımı işlәdirәm, var gücümlә.
             – Demәk, sәn xeyli şәn günlәrimizi dә yadına sala bilәrsәn!
             Mattis fikrә gedib cavab vermәdi.
             Xeqe davam etdi. Elә möhkәm bir divar hörmәliydi ki,
          arasında azca da çat-filan olmasın.
             – Biz sәninlә başqalarından xeyli şәn yaşayırıq!
             – Doğrudan? – Mattis get-gedә zәiflәyәn sәsiylә güclә
          eşidilәcәk tәrzdә mızıldandı.
             Bacısı:
             – Әlbәttә! – cavab verdi. – Vә sәn gәrәk bunu hәmişә yadda
          saxlayasan.
             Artıq bir kәlmә dә. Mattis başını qaldırsa da, etiraz etmәyә
          cürәti çatmadı. Bacısı çox ağıllıdı, nәyin şәn olub-olmadığını da

                                    149
   144   145   146   147   148   149   150   151   152   153   154