Page 147 - Tarey Vesos_Макет 1
P. 147

Quşlar
             O, bir-birindәn gözәl şәkillәri tәsәvvürünә gәtirdi. Bu, çox
          maraqlıydı.
             Qızlar barәdә düşünәcәm.
             Amma dәrhal özünü әlә aldı.
             Yox, hәftәortası qızlar barәdә düşünmәk olmaz. Bu, düzgün
          deyil. Heç kim belә elәmәz.
             Karıxdı.
             Hәr halda, hәrdәn qızlar haqda fikirlәşdiyini özünә etiraf
          etdi.
             Amma bunu heç kim bilmәmәlidi.
             Güzgüdә özünә baxdı. Gözlәrini gördü – oradan inadkarlıq
          boylanırdı. Yox, mәn qızları hәmişә düşünmәyәcәyәm, amma
          bunu bilәn olmayacaq.
             Mәn dә belә adamam.
             Yenidәn öz baxışlarıyla rastlaşdı – geniş açılmış gözlәr
          namәlum ümidlәrlә doluydu.
             Bu nәdi?  Yox, yox, içindәki nәsә durub-dayandığı yerdәcә
          heyrәtlә deyirdi: Neynәk, mәn dә belә adamam – insanlar indi
          onu narahat edәndәn dә әhәmiyyәtsiz boş-boş şeylәrә görә
          sәbәbsiz-filansız özlәri haqqında belә deyirlәr.
             Ucadan:
             – Baxılası bir şey dә yoxdu, – dedi.
             Hәftәnin ortasına qәti uyğun gәlmәyәn, amma artıq bütünlüklә
          ona hakim kәsilәn fikirlәri özündәn qovmalıydı.
             Güzgüdәki sifәt fikirli vә arıq, hәm dә solğun idi. Amma
          gözlәr onu özünә çәkib buraxmaq istәmirdi.
             Bu sifәtә demәk istәyirdi:
             – Sәn hardan gәldin?
             – Niyә?
             Cavab gözlәmirdi.
             Amma özü güzgüdәn ona baxan bu bir cüt gözün içindә olsa
          da, onlar sanki Mattisә mәxsus deyildilәr, gecә vә gündüz ona
          zillәnәn iki yolçu kimiydilәr. Cavab yetişirdi. Aydınlaşırdı. Dәrhal
          da yox olurdu.
             Qәflәtәn fikirlәşdi.

                                    147
   142   143   144   145   146   147   148   149   150   151   152