Page 148 - Tarey Vesos_Макет 1
P. 148

Tarey Vesos
                Mattis fәrsizdi.
                Sәrsәmdi.
                İndi adamlar mәnim güzgünün qabağında necә dayanıb-
            durduğumu görsәydilәr, yaxşıca gülәrdilәr.
                Nәhayәt, bura, Xeqenin yataq otağına niyә gәldiyi yadına
            düşdü. Saçında ağ tükün olub-olmamasına baxmalıydı.
                Qabaq tәrәfdә yoxdu. Başını aşağı әyib gözlәrinә tökülәn
            telinin arasından tәpәsinә baxdı.  Yox, orada da yoxdu. Sonra
            birtәhәr qulaqlarının arxasını nәzәrdәn keçirdi.
                Saçlarına dәn düşmәmişdi, bir dәnә dә ağ tük tapmadı. Amma
            axı o, qırxyaşlı bacısından cәmisi üç il balacadı.
                Düşündü ki, saçları hәlә qaydasındadı.
                Amma üç ildәn sonra mәn dә Xeqe kimi olacam.
                Bir dәnә dә ağ tük yoxdu. Mattis düşündü ki, bunu mütlәq
            bacısına demәlidi. Xeqe eşitsә, sevinәcәk. Bacısının bayaq bu
            söhbәtdәn xoşlanmadığını artıq unutmuşdu.

                Mattis iri addımlarla evdәn çıxdı. Bacısı, yәqin, hәlә dә
            artırmada oturub toxumaqla mәşğuldu.
                Doğrudan da, Xeqe artırmada oturmuşdu, kofta onun becid
            әllәrindә diri adam kimi tәrpәnirdi. Әllәr yalnız lal rәqsini edirdi,
            kofta isә sanki onların tәsiri olmadan artıb böyüyürdü.
                – Nә olub? – Xeqe qardaşının tәlәsik evdәn çıxdığını görüb
            soruşdu.
                Mattis öz saçlarını göstәrdi.
                – Xeqe, mәnim başımda bir dәnә dә ağ tük yoxdu. İndicә
            güzgüdә baxdım.
                Xeqe bu mövzuya qayıtmaq istәmirdi.
                – Lap yaxşı, – qardaşının sözünü kәsdi.
                – Mәgәr sevinmirsәn? – qardaşı tәәccüblәndi.
                – Әlbәttә, sevinirәm, – sakitcә cavab verdi.
                – Amma üzündәn elә görünmür, mәn elә bilirdim…
                – Ox! – Xeqenin içindәn nida qopdu.
                Mattis dәrhal mumladı. Onu bacısındakı bu dәyişikliklәr
            saxladı.

                                       148
   143   144   145   146   147   148   149   150   151   152   153