Page 143 - Tarey Vesos_Макет 1
P. 143

Quşlar
             – Mattis!
             Fikirlәrindәn ayrıldı.
             Xeqe:
             – Orada nә görmüsәn? – soruşdu.
             Bu suallar Mattisә yaxşı tanış idi. Bu, o demәk idi ki, belә
          oturub qalmaq, bu işi elә, ya belә görmәk olmaz; gәrәk özünü
          hamı kimi aparasan, iş axtarmaq, ya hansısa başqa mәsәlә üçün
          gedәndә adamların mәsxәrәyә qoyduğu sәrsәm kimi aparmayasan.
             Baxışları dәrhal bacısının sifәtindә ilişib qaldı. Qәribә gözlәri
          var: quş gözlәri kimi – hәmişә ürkәk vә çәkingәn.
             – Heç nә, – cavab verdi.
             – Yenә ora…
             Mattis:
             – Qәribә adamsan, – dedi, – әgәr hәr dәfә yan-yörәyә baxanda
          nәsә görsәydim, onları gözümә necә yerlәşdirәrdim? İçindәki
          boş-boş şeylәrdәn gözümü tәrpәdә bilmәzdim.
             Xeqe başını tәrpәtmәklә kifayәtlәndi. Deyәsәn, onu özünә
          qaytardı, indi işinә davam edә bilәrdi. Xeqe heç vaxt artırmada
          işsiz-gücsüz oturmazdı, bacarıqlı әllәri ilә yaxşı toxumağı vardı
          vә bu, lap yerinә düşürdü.
             Mattis bacısının hәr ikisinә çörәk gәtirәn bu işinә böyük
          hörmәtlә yanaşırdı. Onları dolandıran da elә bu әllәr idi, özü heç
          nә qazanmırdı. Camaat ona iş tapşırmaq istәmirdi. Onu “Sәrsәm”
          adlandırır, hansısa işi necә gördüyünü yada salıb gülüşürdülәr.
          Mattis vә iş qәti uyğun anlayışlar deyildi. Bu zәhmәtkeş qәsәbәdә
          Sәrsәm Mattis haqqında çoxlu lәtifәlәr gәzirdi – hansı işin
          qulpundan yapışırdısa, aqibәti eyni olurdu.
             Daş dimdiklәmәk: qәflәtәn ağlından keçәn bu fikirdәn
          sәksәndi.
             Bu nәdi?
             Amma artıq hәr şey qeyb olmuşdu.
             Bu mәnzәrә vә sözlәr sanki içini dәlib keçdi. Dәrhal da qeyb
          oldu – onların әvәzinә, qәflәtәn qarşısında divar әmәlә gәldi.
             Oğrun-oğrun bacısına baxdı. Xeqe heç nә hiss etmәdi. Balaca,
          sәliqә-sahmanlı bacısı artırmada oturmuşdu. Amma elә dә cavan
          deyildi, qırxı haqlamışdı.
                                    143
   138   139   140   141   142   143   144   145   146   147   148