Page 139 - Tarey Vesos_Макет 1
P. 139
QUŞLAR
(roman)
Birinci hissә
1
Mattis axşam göyә baxanda bulud görmәdi. Odur ki, bacısı
Xeqenin kefini açmaq qәrarına gәlib dillәndi:
– Sәn lap ildırım kimisәn.
Bu sözlәri deyәndә, hәr halda, diksinәn kimi oldu, amma
qorxmadı – axı sәma aydın idi.
– Sәnin millәrini nәzәrdә tuturam, ildırım kimi parlayır, –
izahat verdi.
Xeqe toxumağına ara vermәdәn laqeydliklә başını tәrpәtdi.
Әllәrindәki millәr elә hey görünüb-itirdi. Xeqe sәkkizyarpaqlı
qәliz bir gül toxuyurdu, tezliklә bu naxış hansısa bir cavan
oğlanın sinәsini bәzәyәcәkdi.
– Aydındı, – bacısı yalnız bunu dedi:
– Mәn axı sәni yaxşı tanıyıram, Xeqe.
Hәr dәfә nәsә fikirlәşәndә barmaqlarını astaca dizinin üstündә
gәzdirirdi: ora-bura, bura-ora. Xeqe bu axmaq vәrdişi tәrgitmәsini
ondan xahiş etmәkdәn artıq çoxdan vaz keçmişdi.
Mattis davam etdi:
– Sәn tәkcә toxumursan, hәr şeyi ildırım kimi elәyirsәn.
– Ola bilәr, – bacısı söhbәtdәn yayınmaq istәdi.
Mattis razı halda susdu.
“İldırım” sözünü dilinә gәtirmәkdәn özünü saxlaya bilmirdi.
Bu sözü deyәn kimi başındakı fikirlәr sanki qeyri-müәyyәn
istiqamәtlәrә qaçışırdı. Hәr halda, ona belә gәlirdi. Amma ildırımın
özündәn dәlicәsinә qorxurdu vә yayda buludlu, bürkülü havada
heç vaxt bu sözü dilinә gәtirmәzdi. Amma bu axşam sakit vә
aydınlıqdı. Yazda artıq iki dәfә ardınca dolu gәtirәn dәhşәtli
139