Page 140 - Tarey Vesos_Макет 1
P. 140

Tarey Vesos
            ildırım çaxmışdı. Adәtәn, gurultu sәsi daha güclü olanda Mattis
            balaca taxta ayaqyolunda gizlәnirdi. Haçansa eşitmişdi ki, belә
            yerlәri ildırım vurmur. Bütün dünyada belә qәbul olunduğunu
            Mattis bilmirdi, amma xoşbәxtlikdәn, bu, onlar tәrәfdә indiyәcәn
            sәmәrә verirdi.
                İndi onun gözlәnilmәz tәriflәrini dinlәmәk hayında olmayan
            Xeqeyә müraciәtinin davamını gәtirәrәk:
                – Hә, hә, ildırım kimi, – mızıldandı.
                Yox, Mattis hәlә ürәyini boşaltmamışdı:
                – Demәk istәyirәm, sәnin fikirlәrin dә ildırım kimidi.
                Xeqe onun tәhlükәli mövzunun üstünә gәlib çıxacağından
            haqlı olaraq qorxub, cәld başını qaldırdı:
                – Bu günә kifayәtdi, – soyuq vә biganә tәrzdә dedi.
                Mattis:
                – Nәsә olub? – soruşdu.
                – Heç nә olmayıb. Sakit otur.

                Xeqe, az qala, üzә çıxan sözlәri dәrindә gizlәtdi. Qardaşı
            “fikir” sözünü dilinә gәtirәndә kәmsәrliyi Xeqeni daha da
            ümidsizlәşdirirdi. Bu zaman nәsә әhvalı ağırlaşır, ruhdan düşürdü.
                Mattis dә bunu sezib bacısının narazılığının sәbәbini onun
            hamı kimi işlәmәmәsinә yozdu. Amma düzü, buna görә hәmişә
            vicdan әzabı çәkirdi. Vә o artıq hәr ikisinin çoxdan bәri qulağını
            yağır etmiş sözü dedi:
                – Sabah mәnә nәsә bir iş fikirlәşib tapmalısan. Belә davam
            elәyә bilmәz.
                Xeqe boşluğa müraciәtlә:
                – Yaxşı, – dedi.
                – Artıq bezmişәm. Gör nә vaxtdı, heç nә qazanmıram.
                Xeqe:
                – Hә, sәn artıq çoxdandı heç nә qazanmırsan, – dedi vә özü
            dә istәmәdәn sәsi lazım olandan kәskin çıxdı.
                Dәrhal sözlәrinә görә peşman oldu, amma gec idi, artıq
            yaralı yerә toxunmuşdu. Mattis belә iradlara dözümsüz idi, bu
            sözü ancaq özü deyә bilәrdi.

                                       140
   135   136   137   138   139   140   141   142   143   144   145