Page 142 - Tarey Vesos_Макет 1
P. 142

Tarey Vesos
                Çәpәrin arxasındakı küknarlığın arasında iki çılpaq ağcaqovaq
            ucalırdı. Bu iki ağac bir-birinә qısılıb dayanmışdı vә camaat
            onlara “Mattis–Xeqe” adı vermişdi – әlbәttә ki, bacı-qardaşdan
            xәbәrsiz. Bir gün Mattis tәsadüfәn bunu bildi. Bu söz bir kәlmәylә
            ifadә olunurdu: Mattis–Xeqe. Vә yәqin ki, çoxdan mövcud idi.
                İki quru ağcaqovaq yamyaşıl, tәzә-tәr küknarlığın ortasında
            baş-başa vermişdi.
                Mattis gözlәrini ağcaqovaqlara zillәyib hiddәtdәn boğulurdu.
            Hәr dәfә, indiki kimi, belәcә artırmada oturanda qәrara alırdı ki,
            bu mәsәlәni Xeqedәn gizlәtmәk lazımdır. Bacısı buna görә, olsa-
            olsa, hiddәtlәnәcәk. Nә etmәli, onsuz da, bu ağcaqovaqlara nә
            vaxtdandı bu adı veriblәr.
                Bununla yanaşı, nә qәdәr ki ağcaqovaqlar sağ-salamat
            yerlәrindә idi, Mattis bu mәnzәrәdә özlәrinә qarşı nәsә bir qayğı
            hiss elәyirdi. Bu ağacların zәrәrdәn başqa xeyri olmasa da, bu
            yerin sahibi sobada yandırmaq üçün onu Mattisin gözü qarşısında
            kәsib-doğramırdı. Bu, çox qәddar hәrәkәt olardı: elә bil bu
            ağaclara adları verilmiş adamları öldürürsәn.  Yәqin, elә buna
            görә dә o adam ağcaqovaqlara toxunmurdu.
                Mattis nә vaxtsa onunla görüşmәk istәrdi.  Amma hәmin
            adam buralara gәlmirdi.
                Mattis düşüncәlәrdәn ayrıla bilmirdi.
                Maraqlıdı, görәn, kim, hansı ağılla bu ağaclara zarafatla
            onların adlarını verib? Kim bilir? Mattis yay axşamları öz
            artırmalarında oturub bunu yalnız tәxmin edә bilәrdi.  Amma
            hәmin o kimsә, heç şübhәsiz, kişiydi. Belә bir işi qadının da görә
            bilәcәyini ağlına belә gәtirmәk istәmirdi. Qadınlara münasibәti
            yaxşıydı. Onu әn çox hiddәtlәndirәn özünü yox, Xeqeni bu quru
            ağaca bәnzәtmәlәri idi. Axı bacısı qәti belә deyildi… Baxan kimi
            görünür! Xeqe çox ağıllı vә zehinlidi…
                Bәs onda nәdәn belә әzab çәkir?
                Özün dә bilirsәn – cavab mәnasız görünsә dә, tam hәqiqәtdi.
            Heç o tәrәfә baxmaq da lazım deyil. Niyә axı hәmişә – sәhәr
            yuxudan oyananda da, axşam yatmağa hazırlaşanda da hәmişә o
            ağaclara baxıram. Bütün bunlar mәnә ağırlıq gәtirir.

                                       142
   137   138   139   140   141   142   143   144   145   146   147