Page 146 - Tarey Vesos_Макет 1
P. 146

Tarey Vesos
                Lap uşaqlıqdan gecәlәr bu divanda yatırdı. Öz divanını yaxşı
            tanıdığını demәyә tam әsası vardı. Vә bu tanışlığı bütün ömrü
            boyu davam etdirmәk niyyәtindә idi – divan uzaq keçmişin
            izlәrini canında saxlamışdı. Onda Mattis hәlә balacaydı, cib
            bıçağı ilә әylәnmәyi xoşlayan balaca bir oğlan. Divanın rәngsiz
            taxtasında yarıpozulmuş karandaş izlәri dә görmәk olardı – hәmin
            vaxt Mattisә ilk dәfә karandaş almışdılar.
                Bu qәribә fiqurlar vә cizgilәr divanın qatlanan belindәydi.
            Mattis hәr gecә yatmazdan әvvәl onlara baxırdı. Onlar xoşuna
            gәlirdi, çünki hәmişә dәyişmәz qalırdılar. Hәmişә dә öz yerlә -
            rindәydilәr. Mattis onlardan arxayın idi.
                Xeqe yaxınlıqdakı balaca yataq otağında yatırdı. Mattis
            fikirlәrdәn ayrılıb onun otağına keçdi. İkisinin bir güzgüsü bu
            otaqdan asılmışdı.

                Xeqenin otağı tәrtәmiz vә demәk olar, boş idi. Ona lazım
            olan güzgü dә yerindәydi.
                – Hm, – öz әksinә dedi.
                Çoxdan idi, güzgüdә özünә baxmırdı. Hәrdәn bura ancaq
            üzünü qırxmaq üçün girirdi. Amma onda әsas mәsәlә qırxmaq
            idi – üzünün qırış yerlәrindә tük qalsa da.
                İndi isә Mattisi maraqlandıran özüydü.
                “Yox, yox!” – nәsә içindәn nida qopdu. Bu lal hayqırtı
            içindәn qeyri-ixtiyari çıxdı.
                – Heç baxılası deyil, – mızıldandı.
                – Arıq sifәt, – yenidәn dillәndi.
                – Yanaqlar sallanıb.
                – Qırışlar.
                Canüzücü mәnzәrә.
                – Yox, hәr halda, nәsә var, – özünü öyrәnә-öyrәnә cәld dedi.
            Güzgü yaxşı deyildi, cizgilәri tәhrif elәyirdi, amma Mattislә
            Xeqe ona çoxdan öyrәncәliydilәr.
                Az sonra balaca, tәmiz havalı qız yatağında xoşhallanan
            Mattisin ağlına başqa fikir gәldi. Lap qız kimi güzgüyә baxdığını
            düşünüb bundan lәzzәt aldı. Bu köhnә güzgünün qarşısında neçә-
            neçә qız әynini dәyişib özünә bәzәk-düzәk vermişdi.
                                       146
   141   142   143   144   145   146   147   148   149   150   151