Page 150 - Tarey Vesos_Макет 1
P. 150
Tarey Vesos
gözәl bilir. Yaxşısı budu, mübahisә elәyib özünü axmaq yerinә
qoymasın. Xeqe hirslә qardaşına baxdı.
Mattis:
– Bunu bilmirdim, – mızıldandı.
Qәflәtәn sanki üzü nurlandı:
– Nә yaxşı ki mәnә dedin! – sevinclә dillәndi.
– Niyә?
– Axı özüm bilmirdim.
Mattis sevindi, üzünә tәbәssüm qondu, bacısından:
– Sәn artıq gedirsәn? – soruşdu.
Xeqe cavabı zorla – başını tәrpәtmәklә verdi vә evә keçib
gözdәn itdi.
4
Hәmin axşam Xeqe hәmişәkindәn әvvәl yatağa girdi. Hәr
halda, hәmişәkindәn әvvәl öz otağına çәkildi. Mattis sәbәbi
bilmәk istәyib elә sual vermәyә hazırlaşırdı ki, Xeqe tez onu
qabaqladı:
– Lazım deyil, Mattis, sәhәri gözlәyәk. Bu günә kifayәtdi.
Bacısının sәsinin tonu onda hәqiqәti öyrәnmәk hәvәsini
tamam öldürdü. Xeqenin kefi yaxşı deyildi. Bәlkә, nәyisә düz
elәmәmişdi? Bәlkә, ağ saçlarına görә? Doğrudanmı mәsәlә onun
yox, bacısının saçlarının ağarmasındaydı? Yaxşı, bәs onun günahı
nәdi?
Xeqe onun çörәyini verirdi, qayğısını çәkirdi. Әn әsası isә,
bacısı çox ağıllıydı vә buna görә ona dәrin hörmәti vardı.
Bacısı artıq bir kәlmә dә demәdәn öz otağına çәkildi, o isә
hәlә dә düşüncәlәrә dalıb artırmada oturmuşdu.
Gәrәk sәhәr tezdәn evdәn çıxıb torpaq sahәlәrini gәzsin.
Bәlkә, özünә uyğun bir iş tapıldı. Belә fikirlәşir vә artıq indidәn
dilxor olurdu.
Demәk, mәsәlә elә bundadı, Xeqeni narazı salan budu. Hәr il
mәni o yedirir. Artıq qırx ildi. Rәqәmi vicdanla yuvarlaqlaşdırdı
ki, bacısının onun üzәrindәki zәhmәtini kiçiltmәsin.
150