Page 155 - Tarey Vesos_Макет 1
P. 155

Quşlar
             Hay-küylә onun yataq otağına cumdu.
             Bu, sәfehlik idi. Xeqe çoxdan yerinә girib, yәqin, yuxuya da
          getmişdi. Onu oyatmaq heç yerinә düşmәdi. Bacısının sәsi sәrt
          idi:
             – Yenә nә olub?
             Mattis dolmuş ürәyini, heç olmasa, bircә kәlmәylә boşaltmağa
          macal tapmamış, üstünә qışqırdı. Mattis bu sәsә yaxşı bәlәd idi.
          Әlbәttә, o, tappıltıyla otağa soxulanda bacısı yatmışdı. Amma o,
          başqa şeylәrә dә – bunun ardınca olacaqlara da bәlәd idi. Xeqe
          qıcıqlandırıcı sualının ağırlığını azaltmaq üçün günahkar tәrzdә
          öskürdü.
             – Mattis, nә istәyirsәn? – sakit, yorğun vә itaәtkar halda
          soruşdu.
             Mattisdә olan xәbәrlәr әndazәsiz idi – hәtta nәdәn başlayacağını
          belә bilmirdi. Hәr şeyi olduğu kimi danışmalıydı.
             – Evimizin üstündә valdşnep uçur! – tәmkinlә dillәndi.
             Xeqenin çarpayısının yanında dayanmış Mattis özünü, az
          qala, yad kimi hiss edirdi.
             Bacısı onun coşqusunu dәrhal tuta bildi. Qürurdan vә heyrәtdәn
          qardaşının dili dolaşırdı.  Amma üstünә qaçıb bәyan elәdiyi
          möcüzәlәr Xeqeyә yaxşı bәlli idi. Onlar dәrhal möcüzәlikdәn
          çıxıb solurdular.
             Bacısı sakitcә dedi:
             – Valdşnep uçur? Lap gözәl. Get yat, Mattis.
             O sarsıldı.
             Bacısı onun sifәtindәki çaşqınlığı görüb:
             – Get vә yat, – yavaşca tәkrarladı.
             Mattis ümidsiz halda donub-qalmışdı.
             – Dediklәrimi eşitmәdin? Valdşnep uçuş istiqamәtini dәyişib,
          indi bizim evin üstüylә uçur! Bax elә indi. Sәn çarpayıda uzandığın
          vaxt.
             Xeqe әvvәlki kimi qımıldanmadı, üzünün ifadәsi dә әvvәlki
          kimiydi.
             – Mәn hәr şeyi eşitdim. Nә olsun? Nәdәn axı valdşnep bizim
          evin üstüylә uçmasın?

                                    155
   150   151   152   153   154   155   156   157   158   159   160