Page 158 - Tarey Vesos_Макет 1
P. 158

Tarey Vesos
                Vidalaşanda oxuyaq. Elә bil içindә nәsә ona belә dedi. Yox,
            oxumadı. Amma bu sözlәr musiqiyә uyğun gәlirdi: axşam bitdi.
            Çoxlu görüşlәrdә, adamlarla bir yerdә olmuşam, belә şeylәri
            bilirәm.
                Axşam bitdi. Valdşnep öz sevgilisini tapdı.
                Mattis başını qaldırıb uçuşu gördüyü göy üzünә baxdı: işıqlı
            zolaqlar uzanırdı. Düz evlәrinin üstüylә.
                Bәlkә dә, gözlәri onu aldadırdı, amma orada, yuxarıda nәsә
            dәyişmişdi, göy üzü әvvәlki kimi deyildi. Sәhәr yenә uçuş olacaq,
            axşamkı kimi qiyamәt uçuş.  Vә onu Xeqe dә görәcәk, hәtta
            bunun üçün öz bacısını artırmaya pәrçimlәmәli olsa belә.
                Yuxuya gedә-gedә fikirlәşirdi ki, indi hәr şey başqa cür
            olacaq. O, eynilә körpә kimi, qatlanıb-açılan divanında büzüşüb
            uzanmışdı.
                Mәn dә başqa cür olacam?
                Bu fikirdәn canına istilik gәldi.





                                        7

                Mattis uçuşu öz yuxusuna gәtirdi. Kimin iradәsiylә? Bu, әsas
            deyildi, әsas olan yuxunun gözәlliyi idi. İlk öncә – hәlә nәsә
            görmәzdәn әvvәl ona xәbәrdarlıq olundu:
                – Biz uçub gәlmişik, uçub gәlmişik! Sәn buradasan?
                Mattis cavabında, “әlbәttә, buradayam”, deyә bilәrdi.
                “Bu, çox uzun çәkdi, Mattis, amma artıq hәr şey dәyişdi”.
            Qulağına haradansa nәvaziş dolu sәs gәldi.
                Hә, dәyişdi. Damın üstündә, evin üzәrindәn xeyli yüksәkdә,
            hәr tәrәfdә işıqlı zolaqlar. Vә Mattisin qulağına gәlәn sәs, mәhz
            arzuladığı sәs. Ev dәrhal büsbütün yenilәşdi.
                Mattis:
                – Amma әsas ev deyil, – dedi.
                Bәli, әsas olan ev yox, Mattisin özüydü. İşıqlı zolaqlar içindәn
            keçib onu tanınmaz dәrәcәdә dәyişmişdi. Sağ әlini әyib yeni

                                       158
   153   154   155   156   157   158   159   160   161   162   163