Page 163 - Tarey Vesos_Макет 1
P. 163

Quşlar
             – H-m! – qәflәtәn mızıldanıb başmağıyla üç dәfә döşәmәyә
          vurdu.
             – Nә mәsәlәdi?
             – Sәnә dәxli yoxdu.
             Xeqe:
             – Mәncә, dәxli var, – dedi. – Üz-gözündәn görürәm, elә bil
          nәyisә mәnә danışmaqdan özünü zorla saxlayırsan.
             Mattis sakitcә yeyirdi. Amma daha özünü saxlaya bilmәdi:
             – Adam istәsә, yuxuda hәr şeyi görә bilәrmiş, – dedi.
             Xeqe bu oyuna hazır deyildi.
             – Hә, demәk, yuxu görmüsәn? – soruşdu, amma әhәmiyyәtsiz
          bir şey kimi soruşdu.
             – H-m! – Mattis yenidәn dillәndi.
             – Yaxşı, danış, görürәm, özünü zorla saxlayırsan.
             Bu sözdәn sonra yuxusu Mattisә daha gerçәk, daha әhәmiyyәtli
          göründü. Tәxminәn, oyaqlıq kimi.
             – Nә gördüyümü danışım?
             Xeqe başını tәrpәtdi.
             Mattis:
             – Mәn bunu elәyә bilmәrәm, – dedi vә ciddi ifadәylә ona
          baxdı.
             Xeqe qәtiyyәtlә:
             – Demәli, elә bir әhәmiyyәtli şey deyil, – dedi vә qәhvәdandan
          qәhvә süzdü. İndi bacısının fikri başqa yerdәydi.
             Mattis:
             – Nәcib adamlar mәnim yuxuda gördüyüm şeylәri danışmazlar, –
          dedi. – Bunu bil.
             – Belә de!
             – Mәni sorğu-suala çәkmәyin xeyri yoxdu. Gәrәk bilәsәn.
             Xeqe azca da maraq göstәrmәdi. Bu sözlәri bir qulağından
          alıb, o birindәn buraxdı:
             – Yaxşı, yadında saxla ki, yuxu tәrsinә yozulur. İnsan  yuxuda
          hәyatda olmayacaq şeylәri görür.
             – Düz deyil! – Mattis sәslәndi.

                                    163
   158   159   160   161   162   163   164   165   166   167   168