Page 164 - Tarey Vesos_Макет 1
P. 164
Tarey Vesos
Bacısının sözlәrindәn sarsılmışdı. Elә düşünürdü ki, Xeqe
bilәrәkdәn onu incitmәk istәyir. Amma axı nә danışdığını bacısı
özü dә bilmir. Mәsәlә dә elә bundadı. Xeqedәn hәyәcanla:
– Niyә belә hikkәlisәn? – soruşdu vә dәrhal iştahası pozuldu.
Yerindәn elә cәld qalxdı ki, stolun küncü tәrpәndi. Qәhvә
dolu fincan yerә düşüb dağıldı.
– Fu, Mattis, gör bir yeri necә bulaşdırdın!
– Sәncә, günah kimdәdi?
Doğrudanmı bacısı hәr şeyi özunün korladığını anlamır.
– Hәmişә kefimi pozursan!
– Yaxşı, Mattis, sakitlәş.
O artıq özünә gәlmişdi.
– Heç nә olmaz, indi burada hәr şey, hәr şey başqa cür
olacaq. Bu, gecәdәn başlayıb.
Xeqe gecә özünü necә inadkar apardığını xatırlayıb tәәssüflәndi.
– Bu axşam mәn dә sәninlә uçuşa baxacam. Nә olar, hirslәnmә.
– Bu uçuş birinci dәfәki kimi olmayacaq.
Xeqe mübahisә elәmәk istәmәdi, süfrәni yığışdırıb koftanın
ardını toxumağa başladı. Oğrun-oğrun qardaşını müşahidә elәyirdi.
Mattis bunu hiss edib kәskin tәrzdә soruşdu:
– İndi nә istәyirsәn?
– Baxıram görüm, iş axtarmağa gedәcәksәn, ya yox. Söz
vermişdin axı.
Bacısı amansız idi.
– Hә, amma bu uçuş…
Bacısı sözündәn dönәn deyildi.
– Heç bir quş, heç bir uçuş sәnә kömәk elәyә bilmәyәcәk. İş
axtarmağa gedәcәyinә söz vermisәnsә, getmәlisәn.
Mattis qorxdu. Әgәr belә inad edirsә, görünür, bu dәfә Xeqeyә
nәsә olub. Mәgәr o, bu işin necә әzablı olduğunu anlamır?
Bayaqdan ona xeyli etibarlı görünәn stulundan dik atılıb hәyәcanla
soruşdu:
– Mәgәr uçuşdan sonra hәr şey bizdә belәmi dәyişmәlidi?
Min dәfә sәnә demişәm ki, әlimizi yanımıza salıb otura bilmәrik.
– Demәk asandı.
164