Page 168 - Tarey Vesos_Макет 1
P. 168
Tarey Vesos
10
Quru Mattis–Xeqe ağcaqovaqları mavi göy üzündәki sübh
günәşinә sarı uzanırdı. Mattis onların yanından ötüb-keçdi.
Dodaqlarını bәrk-bәrk sıxmışdı: әgәr hәr şey әvvәlki kimi
qalacaqdısa, nәdәn valdşnep onların evi üzәrindәn uçur? Bәlkә,
sadәcә dayanıb nәlәr olacağını gözlәmәk lazımdı? Bacısı: “yox”, –
dedi.
İndi ovqatı gecә valdşnep onu salamlayan vaxtdakı kimi
deyildi, gedib işlәmәyә qәti hәvәsi yox idi. Әgәr Xeqe dә
başqalaşsaydı, dünyasında onu, onsuz da, faydası olmayacaq bir
işin dalınca göndәrmәzdi, başa düşәrdi ki, bu, düzgün deyil.
Amma bacısı heç vaxt dәyişmәyәcәk. Belә görünür ki, bu, heç
ona lazım da deyil.
Mattis yoluna davam etdi.
Nәhayәt, meşәdәn çıxdı vә qәsәbә bütün mәnzәrәsiylә gözlәri
qarşısında açıldı. Buradakı, tәxminәn, hәr evlә Mattisi hansısa
uğursuz, xoş olmayan xatirәlәr bağlayırdı.
Yol artıq canlanmışdı. Maşınlar, adәtәn, bu vәdәlәr olduğu
kimi, adamları yoldan çıxmağa mәcbur elәyirdi. Yolun kәnarları
tozdan bozarmışdı.
Mattis bu yolla yalnız iş axtarmaq dalınca getmirdi. Bәzәn
Xeqe ona pul verib dükana әrzaq almağa yollayır, ya da xahiş
edirdi ki, toxuduğu növbәti koftanı aparıb dükançıya versin. Hәr
şeyin rahat, yoxsa çox pis, biabırçılıqla nәticәlәnәcәyini Mattis
heç vaxt bәri başdan bilmirdi.
Bәxtindәn adamlar yenicә işә başlamışdı. Mattis onları hәr
tarlada görürdü. Yay yenicә girib. İndi әsas olan cәrgәlәrin
arasında alaq etmәkdi. O adamlar özünәinamlı, güclü tәsir
bağışlayırdılar, onlar üçün işә getmәk yaşamaq vә nәfәs almaq
kimi tәbii ehtiyaclardan idi. Bәzilәrinin damağında müştük
tüstülәnirdi, bәzilәri fit çala-çala addımlayır, bәzilәri isә әl-
qolunu yellәyirdi.
Neynәk, gәrәk ev sahiblәriylә söhbәt elәsin. Rastına çıxan
birinci evin sahibi ilә danışsın? Yox, yox. Sahiblәri özündәn
çıxarar. Axı bu gün onlara nә sәbәbә işçi lazım olmadığını demәk
168