Page 173 - Tarey Vesos_Макет 1
P. 173

Quşlar
             Qız xoşbәxt nәzәrlәrlә ona baxırdı. Mattis bu qızdan ehtiyat-
          lanmaya bilәrdi: çünki yanaşı işlәdiklәri oğlana elә aşiq idi ki,
          hәtta gözlәri dә elә bil mәst olmuşdu, oğlanın ağzından çıxan hәr
          sözә gülürdü. Nәhayәt, qız gәrginlik içindә bu anı gözlәyәn
          Mattisә tәrәf döndü. Mattis izaholunmaz bir mәmnunluq yaşadı.
          Qızın yumru, sanki dil açıb danışan siması sevinclә ona baxırdı.
          Qız, deyәsәn, sәmimi tәrzdә ona:
             – Nә yaxşı sәn dә gәldin, – dedi, – yoxsa bu zәhrimara
          qalmış tarlada ancaq üçümüz olacaqdıq.
             Mattis ona inanmaq istәdi. Öz qәnaәtinә inanmaq istәdi.
          Cürәtlәnib bu qıza tәşәkkür elәmәk, onu ürәyinin dәrinliyindә
          gizlәtdiyi bir sirlә sevindirmәk istәdi. Qızdan:
             – Sәn valdşnepin uçuşu barәdә nәsә eşitmisәn? – soruşdu.
             Hәrә öz lәkinin yanında bir-birinә elә yaxın dayanmışdı ki,
          Mattis yalnız onunla astadan danışa bilirdi.
             Qız adi bir şey eşidirmiş kimi:
             – Әlbәttә, eşitmişәm. Nәdi ki?
             – Heç, elә-belә dedim.
             Әslindә, Mattis indi uçuş barәdә düşünmürdü, budu, artıq
          mәn qızla danışıram, fikirlәşirdi. Vә bu, yәqin, hәlә ki başlanğıcdı.
             Özünü heç vaxt olmadığı kimi inamlı hiss edәrәk:
             – Amma valdşnep heç vaxt sәnin evinin üstüylә uçmayıb,
          elәmi? – davam etdi.
             Qız başını buladı. Sonra işinә ara vermәdәn iri yaşıl alağı
          dibindәn çıxarıb günәşin ixtiyarına tulladı. Mattis ondan geri
          qalmamağa çalışırdı. Vә onlar söhbәtlәşirdilәr.
             Qız heç dә onu incitmәk istәmәyib:
             – Heç sәnin evinin üstüylә dә uçmur, – dedi.
             – Bilmәk olmaz, – Mattis cavab verdi.
             Ürәyindә hәr şey bir-birinә qarışmışdı.
             Qız biganә tәrzdә:
             – Әlbәttә, – dedi.
             Qızın fikri-zikri bu dәqiqә işindә, bir dә o biri tәrәfdә işlәyәn
          oğlanda idi.
             Daha uçuş barәdә danışmadılar. Mattisә elә gәldi ki, söhbәti
          valdşnepin üstünә mәharәtlә gәtirdi. Qız xoşuna gәlirdi, amma
                                    173
   168   169   170   171   172   173   174   175   176   177   178