Page 176 - Tarey Vesos_Макет 1
P. 176

Tarey Vesos
                Budu, aşdılar.
                İndi Mattis sanki bütün tarlada tәk-tәnhaydı. Özüylә baş-
            başa qalıb istidәn inildәyirdi. Günәş dörd bir yanı atәşә tutmuşdu
            vә isti bәdәninә yapışan köynәyindәn, az qala, boğulurdu.
                Gör bir burada nә qәdәr alaq var! Mattis ikrahla düşündü:
            kimә lazımdı? Elә bil ondan başqa, bitki yoxdu!
                Mattis daha ayaq üstә deyil, diz üstә çöküb işlәyirdi vә
            belәcә, dizin-dizin irәli sürünürdü. Әllәri sözünә qulaq asmır,
            lazım olmayanı edirdi. Kәnar fikirlәrdәn sarsılmış әllәri bәzәn
            tam hәrәkәtsiz qalırdı.
                Bütün bunlar Mattisә yaxşı tanış idi, çoxdan bununla barışmışdı.
            Bacardığı kimi işlәyir vә bu zaman fikirlәr beynindә nizamsız
            şәkildә qalaqlanırdı. Az sonra ona çatdı ki, alaqları qoyub, yemlik
            şalğamları dartıb çıxarır. Yerindәn dik atıldı. Onu әsmәcә tutdu.
                Doğrudanmı mәn havalanı…
                Yox, yox.
                Sahib vә bir cüt sevgili tәpәnin arxasından göründü. İndi
            onlar әks istiqamәtdә hәrәkәt elәyәrәk, hәrәsi iki yeni cәrgәni
            seyrәldirdi. Bütün ümidlәrini itirmiş Mattisi görәndә qız başını
            qaldırıb ona әl elәdi. Bu, çapacaqla işlәyәn әlin arada imkan
            tapıb, demәk olar, güclә sezilәn yüngül yellәmәsi idi. Amma
            Mattis bu halı hәyatında ilk dәfә yaşayırdı.
                O, mәnә әlini elә-belә yellәmәdi. Özünә ürәk-dirәk verib
            sürәtli olmağa çalışdı. Bir-birlәrinә yaxınlaşanda yanında sevgilisi
            olsa da, qızla danışmağa imkan tapacaq.
                Müvәqqәti dә olsa, әllәrindә özunәinam yarandı. Dizi üstә
            sürünә-sürünә alaq otlarını çıxarmağa başladı.  Vә daha sәhv
            elәmirdi. İndi bir-birlәrinә tәrәf hәrәkәt edәrkәn elә görünürdü
            ki, Mattis dә cәld işlәyir, aralarındakı mәsafә dә sürәtlә azalırdı.
            Nәhayәt, işdәn ayrılıb gözlәrini sevgililәrә zillәdi.
                Hәr halda, onlar әsl sevgililәr idi.
                Tәәccüblü deyil ki, sahib dә onlardan razıydı, işarası hәrdәn
            bu sevgililәrә baxanda üzündә tәbәssüm yaranırdı. Ola bilmәz
            ki, sahib ancaq iş barәdә düşünsün – bu bir cüt sevgilinin tarlada
            olması hamıya xoş gәlir. Onlar gülürdülәr, çәnә vururdular, eyni

                                       176
   171   172   173   174   175   176   177   178   179   180   181